Rusiyanın Moskva vilayətinin Odintsovo şəhər dairəsi rəhbərliyinin və müsəlman dini icmalarının nümayəndələrinin futbol komandaları arasında yoldaşlıq matçı keçirilib.
Cenub.az Moskva vilayəti müftiyyatının saytına istinadla xəbər verir ki, idman yarışı şəhər dairə rəhbərliyi tərəfindən dövlət və dini konfessiyalar arasındakı əlaqələrin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği məqsədi ilə təşkil edilib.
Bu futbol yarışmasında məmurların komandası gərgin bir mübarizədə müsəlman ruhanilərdən, imam və mollalardan ibarət komandanı məğlub edib.
Tədbirdə məşhur idmançıların, ictimai xadimlərin, dövlət orqanları və digər dini birlik nümayəndələrinin də iştirak etdiyi qeyd olunur.
Sultan Laçın