Ermənilərin həyasız müzakirəsi: Goranboyu işğal edək!

İrəvanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı separatçı rejimdə inanılmaz işğal müzakirələri gedir.
Erməni mediası  xəbər verir ki, bir neçə gün öncə Qarabağın erməni icmasının gəncləri ilə görüşündə “dqr”in “təhlükəsizlik şurası”nın “katibi” Samvel Babayan Azərbaycan ərazilərinin növbəti işğal planı çərçivəsində Goranboyu ələ keçirməyin “sərfəli olmadığını” deyib.
“Sabah müharibə başlasa və uğur qazansaq, biz Şaumyan (Goranboy) rayonunu işğal etməyəcəyik. Çünki nefti olmayan bir bölgədən ötrü qan tökmək mənasızdır. Mən onun yerinə Gəncəni işğal edərdim”, - deyə Babayan sarsaqlayıb.
Digər erməni “qəhrəmanı”, erməni silahlı birləşmələrinin veteranı Kamo Arutyunyan isə Babayanla razılaşmayıb. Onun sözlərinə görə, ermənilər Goranboyu işğal etməyə “borcludur”:
“Əgər Xəzər dənizinə çatmaq istəyirsinizsə, Goranboy rayonu kimi bölgələrdən keçməli olduğunuzu bildirməliyəm. Sözügedən bölgənin iqtisadiyyatı barədə danışsaq, ora elə də zəngin deyil. Qızıl, mədən və neftə gəldikdə, orada dəfələrlə geoloji işləri aparılıb və məlum olub ki, rayonun yeraltı sərvəti yox dərəcəsindədir.
Amma Goranboy yeganə bölgədir ki, buranı ələ keçirməklə Azərbaycanın əsas düzənlik mərkəzlərinə nəzarəti ələ ala bilərik. Bu ərazilərin arasına Gəncə və Mingəçəvir kimi şəhərlər də daxildir”, - zehni inkişafdan qalan Kamo Arutyunyan bildirib.
Xatırladaq ki, bir ölkənin ərazisinin işğalı haqda belə “müzakirədən” dəhşətli və həyasız fakt tapmaq mümkün deyil. Ermənistan və onun rəhbərliyi beynəlxalq hüququn bütün normalarına tüpürərək, Azərbaycan ərazilərini işğal etdiyini və bu işğalı davam etdirmək niyyətini açıqcasına ortaya qoyur.
Bundan əvvəl də Qarabağ separatçı-terrorçularının lideri Araik Aruyunyan sülh danışıqlarının dayandırılmasını, 100 minlik “xalq ordusu” yaradılmasını, həmçinin Gəncə şəhərinə zərbə endirilməsi gərəkdiyini bildirmişdi.
Son günlər ciddi şəkildə müharibəyə hazırlaşan terrorçu Ermənistandakı bu müzakirələr isə müharibədən başqa alternativ qoymur.
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

ELİT TELECOM

  • 10:46
  • 16 488

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter