Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Bədbinlik aşılamaq üçün demirəm, gələcəyimiz doğrudan da qaranlıq görünür..."


Neftə ümid olan şamsız qalar.

Brent markalı qara mayenin qiyməti bu yay 46 dolları gördükdən sonra bu gün yenə 40 dollardan aşağı düşdü. Axırıncı dəfə neft iyunun 25-də 40 dollardan ucuz satılırdı.

Səbəb tələbatın tezliklə bərpasına olan ümidlərin azalması, koronavirusun 2-ci dalğası ilə bağlı qorxular və Səudiyyə Ərəbistanının asiyalı müştərilər başda olmaqla, bütün alıcılara endirim etməsidir.

Üzən anbarlarda – tankerlərdə saxlanılan neftin həcminin son bir həftədə 7,3% artması da qiymətə basqı yaradır. İndi tankerlərdə 168 milyon barel neft saxlanılır ki, bu, ötən ilin eyni dövründəki həcmdən 232 % çoxdur.

Volatillik davam edəcək, neft 50 dollara qalxa da bilər, amma sonra yenə düşəcək. Təkrarlamaqdan dilimizdə tük bitdi, bir daha deyək:

Azərbaycanın köklü siyasi və iqtisadi dəyişikliklərə, islahatlara ehtiyacı var!

Bədbinlik aşılamaq üçün demirəm, gələcəyimiz doğrudan da qaranlıq görünür. Ölkə rəhbərliyi cəmiyyətin bütün proqressiv qüvvələri ilə birlikdə oturub, ləngimədən həqiqi islahatların həyata keçirilməsinə qərar verməlidir. Mən inanmıram ki, bu addım atılarsa, kimsə - hansısa siyasi qüvvə bunu hakimiyyətin zəifliyi kimi qiymətləndirib, başqa fikirlərə düşəcək. Əksinə, belə bir qərar toplumun ciddi dəstəyini alacaq.

Çox təəssüf ki, həqiqi dialoq və real islahatlar zərurəti açıq-aşkar ortada olduğu bir dövrdə hələ də siyasi opponentlərə təzyiqlər davam edir, günahsız adamlar həbsə atılır. Bu gedilən yol, yol deyil...

Şahin Cəfərli, Politoloq





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10