Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallı Təhsil Fondu” vədlərini reallaşdırır


Masallı 70 saylı Seçki Dairəsi üzrə biliyi və həvəsi olan heç bir qız ali təhsildən kənarda qalmayacaq


Bu gün, sentyabrın 8-də Masallı Təhsil Fondunun növbəti tədbiri olmuşdur. Tədbirdə Fondun əməkdaşları Hüseyn Hüseynov, Hekayət Nəzərov, Əntiqə Tağıyeva, Aynur Abbasova, Fidan Abbaslı, Rəmzi Şahverdiyev, Zeynəb Heydərova, Araz Şahverdiyev, Əkbər Mahmudov iştirak etmişdir.

Fondun direktoru Hüseyn Hüseynov  öncə   bildirdi  ki, Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılmış bu qurum bilikli və yüksək bacarıqlı qızların ali təhsil almasına böyük önəm verir. Masallı Təhsil Fondu  hələ bir neçə  ay öncə bəyan etmişdi ki, 70 saylı Seçki Dairəsindən 300 və 300-dən artıq bal toplayan, yüksək bilik və  bacarığı olan qızların  ali təhsil məktəblərinə qəbul zamanı   dövlət universitetlərində sadaladığımız   ixtisasları seçərlərsə, 

(ibtidai sinif, 

Azərbaycan dili və ədəbiyyatı,

 riyaziyyat-informatika, 

tarix-coğrafiya,

kimya biologiya, 

fizika və xarici dil) onların təhsil xərcləri Fond  tərəfindən ödəniləcək.

Fond bu ixtisasları seçmiş tələbələrin aşağıdakı dövlət universitetlərini seçməsini məqsədəmüvafiq sayır. 

Bakı Dövlət Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Bakı Slavyan Universiteti
Gəncə Dövlət Universiteti
Sumqayıt  Dövlət   Universiteti
Lənkəran Dövlət Universiteti
Azərbaycan Dövlət Dillər Universiteti

Fond tərəfində tələbələrin xərcləri aşağıdakı formada qarşılanacaq:

Abituriyent  qızlar  ödənişli əsaslarla ali məktəbə qəbul olunubsa, onun təhsil xərci,

- Əgər ödənişsiz qəbul olunubsa, həmin qızlara oxuduqları müddət ərzində təqaüd, 

 - Bu tələbələr bir ay müddətində onun qəbul olunduğu fakültədə hansı fənlər keçirilir Fonda rəsmi arayış  verməlidirlər.

 Bu tələbələr  ali məktəbdə oxuduğu müddətdə semestr imtahanlarından  51 baldan aşağı nəticə göstərərsə (yəni hər hansı fəndən kəsiri olarsa) onlara verilən təqaüd və ödəniş dayandırılacaq. Məqsədimiz qızlarımızın ali məktəbi yüksək qiymətlərlə bitirməsidir.

 Fondun hesabına təhsil alan qızlar  ən azı  təhsili başa vurduqdan sonra Masallı məktəblərində 3 il işləməlidirlər. Əks halda onlarla bağlanmış müqaviləyə əsasən həmin qızlar üçün ödənilmiş məbləğin Fonda qaytarılması tələb olunacaq.

 Fond tövsiyə edir ki, kifayət qədər imkanı olan şəxslər  belə imtiyazlardan daha az faydalanmağa çalışsınlar.

Bütün bu yazılanların reallaşması zamanı ortaya çıxan məsələlər həmin tələbələrlə bağlanmış müqavilə əsasında tənzimlənəcək.

Yazı “Masallı Təhsil Fondu”nun Mətbuat Xidməti tərəfindən təqdim olunmuşdur.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10