Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xalaoğlu başqası ilə evli olan xalası qızını qaçırdıb


Xalaoğlu başqası ilə evli olan xalası qızını qaçırdıbQız evə qaytarılandan sonra isə qızı və onun atasını bıçaqlayıb.

Lerik rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hamarmeşə kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Bahadur Bəqi oğlu Nəhmətov və qızı, 1992-ci il təvvəllüdlü Ülviyyə Bahadur qızı Nəhmətova bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyata götürülüb. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.


Zərəçəkən Bahadur Nəhmətov hadisənin Lerik rayonunun Bibiyanı kəndinin sakini, qızın xalası oğlu Ramin adlı şəxs tərəfindən törədildiyini bildirib.
O, qızının ailəli və bir uşağının olduğunu deyib.

Buna baxmayaraq, bir neçə gün əvvəl Ü.Nəhmətova xalası oğlu tərəfindən aldadılaraq qaçırılıb. Ancaq Lerik Rayon Polis Şöbəsinə məlumat verildikdən sonra qız ata evinə qaytarılıb, xalası oğlu isə sərbəst buraxılıb.

Bu gün axşam saatlarında Ramin adlı şəxs yenidən xalasıgilə gələrək qızı və uşağı aparmaqda israr edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Nəticədə Ü.Nəhmətova bədəninin müxtəlif nahiyələrindən, B.Nəhmətov isə boğaz nahiyəsindən bıçaq zərbəsi alıb.

Faktla bağlı araşdırma aparılır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10