“Prezident Lukaşenkonun siyasi rejimi demək olar ki, süquta məhkumdur. Daim artan kütləvi etirazlar Belarus liderinin ümidsiz şəkildə “küçəni” itirdiyini göstərdi. Onun lehinə keçirilən mitinqlər heç bir şəkildə xalqın 80.08% -nin gerçək dəstəyini göstərmir. İndi dövlət başçısını üsyançı əhalidən yalnız təhlükəsizlik qüvvələrinin qalxanları və "mülki geyimli" insanların kürəkləri ayırır. Bəs Aleksandr Qriqoryeviçin bunlara bu qədər güvənməyinə dəyərmi?..”
Cenub.az xəbər verir ki, bu fikirlər Rusiyanın “Reportyor” nəşrinin təhlilçisi Sergey Marjetskiyə məxsusdur.
Daha sonra rus analitik yazır:
“Belarus polisi cəsarətlə etirazçıları dağıdır. Lakin Dövlət Təhlükəsizlik Komitəsi və onun rəhbəri Valeri Vakulçikin mövqeyi bundan da az əhəmiyyətli olmaya bilər. Məhz onun dövründə Minsk və Moskva arasındakı münasibətlər sürətlə pisləşməyə başladı: Rusiya səfiri Mixail Babiçə qarşı iş aparıldı və DTK həbsdə olan 33 özəl hərbi şirkət döyüşçüsünün "”Vaqner”çilər" olduğuna dair "təkzibedilməz dəlillər" təqdim etdi. Nəzəri olaraq konstitusiya quruluşunun sabitliyini təmin etməli olan Vakulçik dövründə çoxsaylı xarici QHT-lər inkişaf etdi və Belarus millətçiləri başlarını qaldırdılar...”
S.Marjetski Lukaşenkoya xəyanət edən cütlüyün digər “tayı”nın Belarus Xarici İşlər naziri olduğunu iddia edir:
“Valeri Vakulçik və Vladimir Makey tandemini xüsusilə qeyd etmək lazımdır. Küçə qeyri-sistemli müxalifətçi Tixanovskayanın müdafiəsinə qalxır, ancaq istənilən pərdəarxası gerçək oyun üçün "boz kardinal" tələb olunur. İndi “boZ kardinal” qismində məhz Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Vladimir Makey görünür. O, Qərblə yaxınlaşmanın tərəfdarı sayılır. ABŞ Dövlət Katibi Mayk Pompeonu Minskə gətirən məhz Makey oldu. Və Lukaşenkonun istefası halında Belarus Respublikası Xarici İşlər Nazirinin keçid hökumətinə rəhbərlik edə biləcəyi gözlənilir...”
Sonda “Reportyor”un təhlilçisi Lukaşenkonun çıxış yolunu Rusiya ilə gerçək inteqrasiyada görür:
“Bir sözlə, Aleksandr Qrigoryeviç tək başına tab gətirə bilməz. Hər yerdə yalan, qorxaqlıq və xəyanət... Yalnız bir çıxış yolu var - Rusiya ilə real inteqrasiya. “Batya” özü artıq Belarusiyanı əldə saxlaya bilməz...”