Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ramiz Mehdiyevin daha bir obyekti "tapıldı"...


Pandemiya dövründə nəvəsinə toy edərək ictimaiyətin qəzəbinə tuş gələn və geniş müzakirələrə səbəb olan AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin mülklərinin siyahısı demək olar ki, hər gün yenilənir. 

25 ilə yaxın Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyev özünə böyük bir sərvət toplaya bilib. İndi Mehdiyevin sərəncamında yüz hektarlarla torpaq sahəsi, vilallar, şirkətlər, binalar, bazarlar var. 
Redaksiyamıza daxil olan bir məlumatdan aydın olur ki, sən demə, paytaxtın Həsən Əliyev küçəsində yerləşən “Baku Clinik” də (Əvvəlki adı DiaMed) Ramiz Mehdiyevə məxsusdur. 

İddialara görə “Baku clinik” tikinti normalarının kobud şəkildə pozulması ilə inşa edilib. Məlumatda bildirilir ki, klinikanın özülü yoxdur. Ona görə də bu bina hər an uça bilər. İddia olunur ki, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu barədə məlumatlı olsa da, Ramiz Mehdiyevə görə, binanın tikilməsinə mane olmayıb.

Klinikanın rəsmi sahibi kimi sənədlərdə Aytən Quliyevanın adı keçir,  məlumata görə, o, həm də “Diamed Co.” təkistifadəlik şpris istehsalı zavodunun da təsisçisidir. Amma məlumatı Moderator.az-a ötürən mənbənin iddiasına görə, həmin şpris zavodu da Ramiz Mehdiyevindir. 

Klinikanın gerçək təsisçisi və onunla Ramiz Mehdiyevin hansısa əlaqəsinin olub-olmaması haqqında daha müfəssəl məlumatlar əldə edərək tezliklə oxucularımızla paylaşmağa çalışacağıq.
moderator





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10