Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mixeil Saakaşvili Gürcüstanın baş nazirliyinə namizəd oldu



Gürcüstanın “Güc birlikdədir” müxalif birliyi sabiq prezident Mixeil Saakaşvilini baş nazir vəzifəsinə rəsmən namizəd irəli sürüb.


Bu barədə təşkilatda təmsil olunan Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze keçirdiyi brifinqdə bildirib.


Onun sözlərin görə, M.Saakaşvili Gürcüstana qayıtmalı və xalqla görüşməlidir: “Məhz buna görə həm VMHP, həm də “Güc birlikdədir” birliyində təmsil olunan bütün digər partiyalar da onun Gürcüstanın baş nazirliyinə namizəd irəli sürülməsi barədə qərar qəbul edib”.

Müxalifətçi qeyd edib ki, keçmiş dövlət başçısı bu gün Gürcüstana qayıdış planı barədə ətraflı məlumat təqdim edəcək.

Qeyd edək ki, 52 yaşlı M.Saakaşvili 2008-2013-cü illərdə Gürcüstanın prezidenti olub. O, 2015-2016-cı illərdə Ukrayna prezidentinin məsləhətçisi və Odessa vilayətinin qubernatoru olub. Gürcüstanın üçüncü prezidenti bu ilin mayından Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır./Report





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10