Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Ərkivan qəsəbəsindəki qətlin təfərrüatı (FOTO)


Bir qədər əvvəl xəbər verdiyimizi kimi 2020-ci il sentyabrın 6-dan 7-nə keçən gecə Ərkivan qəsəbəsində qətl hadisəsi baş verib.


Ərkivan qəsəbə, Pələnküştə məhəllə sakini, qapı-pəncərə ustası kimi tanınan 32 yaşlı Malik Şiriyev, həmin qəsəbənin, həmin məhəllənin digər sakini, qəsəbədəki OBA marketində administrator işləyən 22 yaşlı  sakini Kənan Mehman oğlu Bəyoğlanlı  tərəfindən bıcaq  zərbəsi ilə qətlə yetirilib. 

Öldürülənin yaxın qohumlarından aldığımız məlumata görə, hadisə gecə yarısı, Pələnküştə məhəlləsinin aşağısında baş verib. Hər iki gənc ciddi mübahisə ediblər. Mübahisə zamanı Kənan bıçaqa əl atıb və Malikə 2 bıçaq zərbəsi vuraraq, elə onun Mercedes markalı maşınına minərək qaçıb. Yaralı Malik isə elə bıçaq da sinəsində sürünürək gecə yarısı qonşulardan birinin qapısını döyüb və bir kəlmə deyib ki, məni vurdular. Təcili yardım gələnədək o keçinib.

Malik Şiriyev bu gün Ərkivan qəsəbəsi Pələnküştə məhəlləsində dəfn olunub. Qətlə yetirən şəxs – Kənan Bəyoğlanlı isə şübhəli şəxs qismində saxlanılıb.

Hadisə ailə məişət zəminində baş verib.  Belə ki, Malik Şiriyev bir neçə ay öncə nişanlanıb və sonra nikahları rəsmən qeydə alınıb. Bir ay öncə isə Malik Şiriyev İHB-nin Ərkivan ərazi nümayəndəliyinə ciddi səbəb göstərmədən həmin nikahın ləğv olunması barədə müraciət edib.

Hadisənin də   bu olaydan qaynaqlandığı barədə məlumatlar dolaşır. Hadisə ilə bağlı baş prokurorluqda cinayət işi açılıb, istintaq aparılır.

Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10