Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Huşunu itirmiş Lukaşenko üçün təcili yardım çağırıldı...”-VİDEO


İsrailin “9-cu kanal”ında yayımlanan məşhur “Qoruq”  siyasi satirik cizgi serialının bazar günündəki 6 sentyabr  tarixli son - 135-ci buraxılışı əsasən son həftələr səngiməyən etiraz aksiyalarıyla üz-üzə qalmış Belarus lideri Lukaşenkoya həsr olunub.

Cenub.az İsrail mediasına istinadla həmin buraxılışın video-yazısını təqdim edir.

Yeni buraxılışda:

1. Özündən getmiş Lukaşenko üçün təcili yardım çağırılır...

2. Lavrov və Zaxarova onu xərəkdə  Putinin qarşısına gətirirlər...

3. Putin və  həkim yoldaşları: baş nazir Mişustin, müdafiə naziri Şoyqu Lukaşenkonu ayıldırlar. Buna Putinin donorluğu ilə Belarus liderinin qanında qəddarlığı artırmaqla nail olurlar. O, yenidən avtomatını götürüb xalqın qarşısına çıxır... 
 
4. Putin, Pamfilova, Sobyanin, Peskov, Merkel, Makron, Lukaşenko və Tramp koronavirus və öz hakimiyyətləri haqqında mahnı oxuyurlar.

5. Kremlin mətbəxində Navalnının zəhərlənməsi  ilə maraqlanan xalq üçün "ağlabatan" yeməklər hazırlayırlar...









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10