Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rza Talıbovun adından Ramiz Mehdiyev haqqında inanılmaz status paylaşıldı... - FOTO


Ölkədə at izi it izinə qarışıb. Ramiz Mehdiyevin rüsvayçı toyundan sonra yaşananlara birmənalı izah tapmağa bəzən adam çətinlik çəkir və həqiqətin harda olduğunu müəyyənləşdirmək xeyli müşkülə dönüb.

Bu gün Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev 15 sutkalıqdan çıxar-çıxmaq yenə də ortalığıa tozanağa bürüyərək üzrxahlıq əvəzinə meydan sulamaqla əslində "Ramiz Mehdiyev" dəyirmanının hələ çox su aparacağının anonsunu vermiş oldu...

Bu arada Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu, Dövlət Miqrasiya Xidməti rəisinin müavini general-mayor Rza Talıbova məxsus olan (bəlkə də onun adından kimlərinsə açdığı saxta profildir. Əgər belədirsə, onun vəzifəsi və statusu imkan verirdi ki, dərhal müdaxilə etsin və o saxta profil yığışdırılsın, yaxud onu açanlar cəzalandırılsın) profildən açıq havada şimşək effekti verən status paylaşılıb. Statusa inansaq, Rza Talıbov Ramiz Mehdiyevə qarşı kampaniyanı aparanları hədələyib:

"Ölkəmizin qurucusu ulu öndərimizin davamçısı cənab prezident İlham Əliyevə yarınmaq üçün süfrəmizin artıgıyla böyüyənlər boşluqdan istifadə edib vəzifəyə gəliblər. Gələn kimi Akademik R.Mehdiyev kimi layiqli şəxiyyətləri ləkələməyə çalışırlar. Başınız üçün deyil, agıllı olun, kimliyindən aslı olmayaraq hamınız cəzalanacaksınız. Bu sifarişli yazını yazdranları da bilirik, etdiyiniz cinayəti cəzasız qoymayacağıq, qazdıgınız quyuya özünüzü salacağıq, bir az qazın, dərin olsun, görəcəksiz..."

Redaksiyanın qeydi: Heç inanılası deyil ki, general paqonu daşıyan, bir nüfuzlu ailənin övladı belə status yazmış olsun və heç şübhəsiz, yaranmış qarışıqlıqdan istifadə edən bulanıq suda balıq tutmaq həvəsli bəzi qüvvələr Rza Talıbovu, bütövlükdə Talıbovlar ailəsini də bu qalmaqala çəkmək istəyirlər. Amma əgər bu doğrudan da Talıbovlara qarşı təxribatdırsa, onların statusu imkan verir ki, ən qısa zamanda, yəni bir neçə saat ərzində bu məsələnin üzünü-astarını araşdırıb baş verən bu təxribatı neytrallaşdırısınlar. Amma ortada belə təşəbbüs görsənmir..."





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10