Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nadir Abıyevin yeni təyinatı İNK-da böyük qalmaqal yaradıb (Video)


Dünən, avqustun 5-də paylaşdığımız yazıdan bəlli olduğu kimi Masallı İHB-nın sabiq 1-ci müavini Nadir Abıyev “İctimai Nəzarət Koalisiyası” İctimi Birliyinin  regional şöbəsinin rəhbəri təyin edilib.

Xatırladaq ki, əvvəllər bu regional bölmə 6 rayonu – Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlını əhatə edirdi. Nədənsə İctimai Birliyin rəhbərliyi bu bölməni 2 yerə bölməyi qərara alıb. Belə ki, Lənkəran, Astara, Lerik bir bölmə, Masallı, Yardımlı, Cəlilabad bir bölmə kimi təşkil olunub. Masallının da daxil olduğu 2-ci bölməyə Nadir Abıyev rəhbər təyin edilib. Bu təyinatdan sonra həmin qurumun Masallı, Yardımlı və Cəlilabad təmsilçiləri kütləvi şəkildə həmin təşkilatdan imtina ediblər.

Bu gün imtinaçılar 10-da artıq üzvləri, eləcə də keçmiş rayon rəhbərləri ilə birlikdə görüş keçirib və həmin görüşün videosunu internet resurslarında paylaşıblar.

İmtinaçılar çıxışlarında Nadir Abıyevin təyinatı haqqında nədənsə bir kəlmə də deməsələr, əsas hədəf kimi İHK İctimai Birliyinin rəhbəri Rasim Məmmədovu hədəfə alıblar. Həmin şəxslər çıxışlarında Rasim Məmmədovu təşkilatı düzgün idarə etməməkdə, ciddi nöqsanlara göz yummaqda, ölkə başçısının ictimai nəzarətlə bağlı göstərişlərinə layiqincə əməl etməməkdə və sair əməllərdə günahlandırır, eləcə də qeyd edirlər ki, fəaliyyətlərini müstəqil davam etdirəcəklər.

Maraq doğuran sual odur ki, bu şəxslər rəhbərliyə - Rasim Məmmədova etirazların belə nümayişkaranə şəkildə əvvəllər yox, Nadir Abıyevin təyinatında sonra bildirirlər?

Bəs Nadir Abıyev nə düşünür? İNK İB-nin regional rəhbəri kimi hansı tədbirləri planlaşdırır?

Cenub.az saytı, Cənub Xəbər TV internet kanalı kimi hər vaxt ona resurslarımızda meydan verməyə hazırıq. Buyurun,  gəlin, məqsədinizi, məramınızı açıqlayın.

İndi isə imtinaçılar görüşündən hazırlanmış videonu sizə təqdim edirik.

Zahir Əmənov (Cenub.az)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10