Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda samovar qalamaq istəyən kişi özünü yandırdı



Əlindəki qabda olan benzin məhlulu alışaraq partlayıb
 
Lənkəran sakini ehtiyatsızlıqdan yanıq xəsarəti alıb. Cenub.az “Report”a istinadən xəbər verir ki, Kərgəlan kənd sakini, 1962-ci il təvəllüdlü İsgəndər Tofiq oğlu Cəfərov samovarı qaynatmaq istəyib.
 
O, samovarı alışdırmaq məqsədilə yanacaq kimi səhvən benzindən istifadə edib. Bu zaman əlindəki qabda olan benzin məhlulu alışaraq partlayıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan İ.Cəfərova döş qəfəsinin, sağ əlin 2-ci, 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10