Masallı Rayon İcra hakimiyyəti Başçısının 1 –ci müvainliyindən bu il martın 3-də azad edilən Nadir Abıyev dünən, sentyabrın 3-də Ictimai Nəzarət Koalisiyasının Masallı, Yardımlı və Cəlilabad rayonları üzrə rəhbəri təyin edilib.
Bundan əvvəl həmin vəzifəni Masallıda qəriblərli Cəsarət Əliyev (Masallı şəhəri üzrə Afər Cahangirov), Cəlilabad üzrə Murad Hüseynov, yardımlı üzrə Namiq müəllim rəhbərlik edirdi. Yeni təyinatdan narazı qalan adlarını sadaladığımız şəxslər bu təşkilatla əməkdaşlıqdan imtina ediblər.
Həm də maraqlıdır ki, Nadir Abıyevin bu ictimai nəzarət koalisiyasının regional şöbəsinə rəhbər təyin edilməsi onun əvvəlki 1-ci müavinlik vəzifəsinə yeni təyinatla təxminən eyni günə düşür.
Nəzərə alsaq ki, Nadir Abıyev əvvəlki 1-ci müavin vəzifəsindən azad olunmasını narazılıqla qarşılamışdı, onda bu ictimai nəzarət koalisiyasının imkanlarından istifadə edib bəzi narahatçılıqlar yaradacağı istisna olunmur.
Gedişatı nəzarətdə saxlayacağıq.
Cenub.az