![](/uploads/posts/2020-09/medium/1599282176_2020-09-03-12-55-01bjbfmatpioml5obryp9b_file.jpg)
Evləndikdən sonra tam anlaşa bilsinlər deyə, eşitmə-danışma məhdudiyyəti olanlar üçün xüsusi danışıq "dili"ni də öyrənib. Ancaq növbəti öyrənməyə çalışdığı şey özünü müdafiə fəndləri olub. Tez-tez ömrünü həsr etmək istədiyi şəxsin hücumuna məruz qalırmış.
Qısa vaxtda hər iki valideynini itirir. Ərindən ayrılır, amma evindən ayrıla bilmir. Gedəcəyi yer yoxdu çünki. Hələ də ayrı dünyalarda, eyni çatının altında yaşayırlar.
Üç oğlu var. Hələ balacadılar. Bircəcik Leylalarına həyan ola bilmirlər... Üç oğlu var axı... Böyüməlidilər, böyütməlidi!
Çıxış yolu tapıb Leyla. Velosiped alıb, səyyar bərbərliyə başlayıb. Xaçmazdan və ətraf kəndlərdən sifariş alıb, evlərə gedir. Çox evdə, ocaqda alnının təri var. Bu cür qazanır, arzularını və övladlarını bu cür böyüdür.
İndi Xaçmazda ona Leyla Fətəliyeva da demirlər. Özünə yeni "soyad" yaradıb çünki. Hamı sevir, hörmət edir: Velo-bərbər Leyla. "BakuPost" istədi ki, hamı tansın bu Leylanı. 11 ilin içində Novruzəliyeva Leyla, Fətəliyeva Leyla, Velo-bərbər Leyla olan Leylanı. Təqdim etdiyimiz bu qısa filmdən sonra bütün leylalar da tanıyacaq onu.
Filmin rejissoru Ruslan Mollayevdir.