Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Axır ki Masallı İcra hakimiyyətinə 1-ci müavin tapıldı


6 aylıq fasilədən sonra, yəni Nadir Abıyev Masallı İcra hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsindən azad ediləndən sonra həmin vəzifə boş qalmışdı. Axır ki, bu gün, sentyabrın 3-də İcra hakimiyyətindən "Hüquq" şöbəsinin müdiri işləyən Məmmədhüseyn Hüseynli təyin edilib.

Hüseynli Məmmədhüseyn  Rizvan oğlu həmin  vəzifəyə təyin olunub.

M. Hüseynli 1981-ci aprelin 10-da Masallı Rayonunun Xırmandalı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra öncə “Odlar yurdu” Universitetinin "Hüquq" Fakültəsini, daha sonra İqtisadiyyat Universitetinin "Beynəlxalq Hüquq" fakültəsini, daha sonra Prezident Yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

M. Hüseynli bundan əvvəl DSMF-nin Masallı şöbəsində məsləhətçi, daha sonra Masallı İcra hakimiyyəti Başçısının köməkçisi, son vaxtlarda isə İcra hakimiyyətinin  "Hüquq" şöbəsinin müdiri işləyib. 

Xatırladaq ki, M. Hüseynlinin qardaşı Arzuman Hüseynli bundan əvvəl Masallı, daha sonra Abşeron rayonunda DSMF-nin rəisi işləyib. Hazırda Binəqədi rayonunda həmin vəzifədə çalışır. 

Onların atası isə uzun müddət Daxili İşlər Orqanlarında  çalışıb, Ərkivan qəsəbəsində, Masallı şəhərində sahə müvəkkili, Xırmandalı kəndində İHD-nın ərazi nümayəndəsi işləyib.

Məmmədhüseyn Hüseynlini yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edirik.

Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10