Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Aşura günü 9 uşaqlı ailəyə kimlər yardımçı oldu? (FOTO və VİDEO)


Cənub xəbər tv-nin  növbəti səfəri, ötən bazar, Aşura günü qonşu Lənkəran şəhərinə oldu. “Ümidim sənsən” İctimai Birliyinin təşəbbüsü ilə reallaşan bu səfərdə əsas məqsəd bu rayonun Separadi kəndində 9 uşaqlı imkansız ailəyə yardımçı olmaq idi.

Ailənin başçısı   47 yaşlı Qədim Rzayevdir. Uşaq vaxtından ata-anasını itirib, 3 qardaşı ilə birlikdə uşaq evində böyüyüb. Asma xəstəsidir. 9 uşaqları var. Ən böyük uşaq 12 yaşındadır. Uşaqların 6-sı məktəbyaşlıdır. 1-nin isə nitq qüsurludur.

Bir neçə il öncə kənd camaatı, eləcə də hacılar, kərbəlayılılar yığışıb bu ailəyə bir bir  mərtəbəli ev tikiblər. İcra hakimiyyəti, bələdiyyə də köməyini əsirgəməyib. Evin təmir işlərində hələ xeyli kəm-kəsir qalsa da, mebel və məişət avadanlığı çatışmazlığı olsa da, yaşamaq mümkündür.

Ailə əvvəllər sosial yardım alırmış,  son 2 ayda o yardım da kəsilib. Bu ailə   atanının 230 manatlıq pensiyasının ümidinə qalıb. Hər gün 10 çörək yeyilən bu evin güzəranını fikirləşin.

Hazırda məktəbə hazırlaşan 6 uşaq heç birinin çantası, ayaqqabısı belə yoxdur.

“Ümidim sənsən” ictimai birliyinin  könüllüləri, ABŞ-dan yardımsevər Jalə xanım və onun BP-dəki dostları, eləcə də masallıdakı yardımsevərlər- Rövşən, Əbülfəz,  Nemət bəy və Səbinə xanımın köməyi ilə ərzaqdan, geyim-keçimdən tutmuş oyuncağa, dəftər - kitaba qədər bu ailəyə kömək göstərildi. 

Siz də köməyinizi əsirgəməyin. Ya “Ümidin sənsən” vasitəsi ilə,  ya birbaşa özünüz yardım edin. Həmin 9 uşaqlı ailə  Boradigah- Lənkəran yolunun üstündə, Separadi kəndinin içindən 2 kilometr qərb tərəfdə, dağın ətəyində yerləşir.

Həmin səfərdən Cənub Xəbər TV-nin hazırladığı verilişi sizə təqdim edirik.

Maraqlı çəkilişə görə isə Vadim Eyvazoğluna xüsusi təşəkkür edirik.

Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10