Sentyabrın ilk günü Masallı Rayonunda 2 kadr dəyişikliyi baş verib. Hikmət Xəlilov rayon Mənzil Kommunal Təsərrüfat İstehsal Birliyinin müdirliyindən azad edilərək Rayon “Aqroservis” idarəsinə müdir təyin edilib.
Nazim Muradov isə RİHB-nin Baş Məsləhətçisi vəzifəsindən azad edilərək Rayon Mənzil Kommunal Təsərrüfat İstehsal Birliyinin müdiri təyin edilib.
Yeni təyinat alanlar haqqında qısa məlumat
Xəlilov Hikmət Malik oğlu. 1977 Həsənli Ərazi Vahidinin Köçəkli kəndində anadan olub. Əvvəllər Respublika Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində, 2006-ci ildən Masallı Rayon icra hakimiyyətində Baş məsləhətçi,, 2015-ci ildən isə Masallı Mənzil İstismar Istehsalat Birliyində müdir işləyib. LDU-nun İnzibati İdarəetmə fakültəsini bitirib.
Muradov Nazım Abusət oğlu. 1973-ci ildə Güllütəpə kəndində anadan olub. Əvvəl Gəncə Pedaqoji, sonra isə İqtisadiyyat Universitetini bitirib.
Əvvəl yaşadığı Yeni Zuvand məktəbində müəllim, daha sonra Güllütəpə Ərazi Dairəsinin nümayəndəsi , 2012-2015-ci illərdə DSMF-nin Masallı Rayon şöbəsində müdir müavini, daha sonralar isə İHB-nin Ərazi idarəetmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
Hər iki şəxsi təbrik edirik.