![](/uploads/posts/2020-09/medium/1598937003_299075.jpg)
“Əməyə və müdafiəyə hazır ol!”(ƏMH). Bir zamanlar sovet Azərbaycanında da məşhur olan bu şüar altında Dağıstan Müftiliyinin(müsəlmanların dini idarəsi) əməkdaşları sədr Şamil Əlixanovun rəhbərliyi ilə Mahaçqaladakı Yelena Isinbayeva adına stadiona toplanaraq bir sıra fiziki normativləri yerinə yetiriblər.
![](https://moderator.az/fotobaza/orta/299074.jpg)
Cenub.az bu haqda yerli mediaya istinadla xəbər verir.
ƏMH standartlarının yerinə yetirilməsində respublikanın bütün şəhər və bölgələrindən olan din xadimləri, mollalar iştirak ediblər.
Qeyd edək ki, proqrama aşağıdakı idman sınaqları daxil olub: müxtəlif məsafələrə qaçmaq, turnikdə dartın
![](https://moderator.az/fotobaza/orta/299076.jpg)
“Hamımız bilirik ki, sağlamlıq Uca Allahın bizlərə əmanətidir. Odur ki, Yaradana şükür etməli və sağlamlığımızı qorumalıyıq. Sağlamlığı qorumağın yollarından biri də sağlam həyat tərzinin təbliğinə yönəlmiş müxtəlif fəaliyyətlərin həyata keçirilməsidir”- Dağıstan Müftiliyinin sədri Şamil Əlixanov belə deyib.