Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının küçə adı problemi||--||



Raqif Bayramov Masallı şəhərində yaşayır. Əvvəllər inşaatçı kimi fəaliyyət göstərib. Masallı ziyalılarının tanıdılması üçün daim narahat olan bir insandır. Məhz onun yaxından köməyi ilə “Cənub xəbərləri” qəzetində Masallı ziyalıları ilə bağlı silsilə yazılar çap edilib. “Masallının bəy övladları”, “Doktor Ələsgər”, “Masallının ilk ail təhsilliləri”, “Xalq rəssamı Tələt Şıxəliyev”, “Teymur bəy Bayraməlibəyov”, “Xalq düşməni”nin həyat yoldaşı” (Yazı T. Bayraməlibəyovun qızı, Məlik Yeqanovun həyat yoldaşı, görkəmli maarifçi Məryəm xanıma həsr olunmuşdu), “Mir Sadiq bəyin nəvələri”, Nazirlər Sovetinin sədr müavini olmuş masallılı Natiq Əliyev və və digərləri haqqında yazılar belələrindəndir.

Hər biri böyük marağa səbəb olan bu yazılarda yuxarıda adı çəkilən şəxslərin çox dəyərli işlərindən geniş söz açılıb.

Raqif Bayramovu narahat edən isə odur ki, Masallıya başucalığı və şöhrət gətirən bu şəxslərin adları Masallıda layiqincə əbədiləşdirilməyib. Məsələn, Masallının Digah kəndində boya-boşa çatan Tələt Şıxəliyevin adına Bakıda küçə olsa da, Masallıda bu şəxs unudulub. Teymur Bayraməlibəyovun adı Lənkəranın şəhər məktəblərinin birinə verilsə də, təxminən 20 il öncə onun adı Masallıdakı küçələrdən birinin adından götürülüb (İndi həmin küçə Həzərxan Səmədovun adını daşıyır).

Uzun müddət hazırkı millət vəkili Nəriman Əliyevin sadə peşə sahibi olan atasının adını daşıyan küçədən onun adı elə deputatın öz təşəbbüsü ilə götürülərək hazırda “Digah ” küçəsi adlanır.

Ən çox təəssüf doğuran səbəb isə o olub ki, atalarının adını küçələrə verdirməklə əbədiləşdirmək istəyənlər kifayət qədər imkanları olmasına baxmayaraq həmin küçələri abadlaşdırmayıblar.

Raqif Bayramov küçə adlarındakı bu parakəndəçiliklə bağlı Masallı Rayon İcra Hakimiyyəti başçısının qəbulunda da olub. İcra başçısı R. Bayramovun təkliflərini və fikirlərini çox həssaslıqla qarşılayıb və bildirib ki, müvafiq komissiya bu məsələni araşdırır. Həmçinin şəhər nümayəndəliyinin rəsmiləri Raqif Bayramovla görüşüb, bəzi dəqiqləşdirmələr aparıblar.

Ümid var ki, yaxın vaxtlarda təsadüfi şəxslərin adı Masallı küçələrindən təmizlənəcək, onları daha layiqlilər, rayona daha çox şöhrət gətirən şəxslərin adları əvəzləyəcək. Eləcə də küçələrə yeni ad verilməklə yanaşı həmin şəxslərin adlarını əks etdirən lövhələr də həmin küçələrə vurulacaq ki, kimin kim olduğu xalqa daha aydın olsun.

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10