Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi? – Qapını çırpıb...


“Milli Məclisin sabiq deputatı, Xalq artisti Zeynəb Xanlarova qarşı kütləvi nifrət var. Bunu Ramiz Mehdiyev edib”.
Cenub.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov "Facebook" sosial şəbəkəsində "canlı yayımda" deyib.
A.İsmayılov qeyd edib ki, Milli Məclisin deputatları əvvəlcə R.Mehdiyevin otağından “keçməli” idilər: “Deputatlar Ramiz Mehdiyevin razılığını alırdılar. Zeynəb Xanlarova da Prezident Administrasiyasına dəvət olunub və gedib. Otaqda Ramiz Mehdiyevdən başqa Fatma Abdullazadə, Zeynal Nağdəliyev də olub. Zeynəb Xanlarova biləndə ki, onu Milli Məclisin deputatı olub-olmayacağını təsdiq etmək üçün dəvət ediblər, Ramiz Mehdiyevə ağzından çıxanı deyib və qapını çırpıb gedib. Sonra bütün informasiya vasitələri Zeynəb Xanlarovadan “xortdan” obrazı düzəltdilər. Ramiz Mehdiyev insanları necə didərgin salmağı, pisikdirməyi yaxşı bilir...”. / Pravda.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10