Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu gün Aşuradır


Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.

Cenub.az xəbər verir ki, Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayıb.


Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf etdiyindən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan ediblər ki, Operativ Qərargahın qərarına əsasən, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi, ibadətlərin müvəqqəti dayandırılması qərara alınıb.

Bu səbəbdən Məhərrəmlik dövründə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə təşkil olunan qanvermə aksiyasına qoşulmaq istəyən vətəndaşlar Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında qan verə bilərlər.

Qeyd edək ki, Məhərrəm ayı oktyabrın 19-da başa çatacaq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10