Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranda evə basqın edilib, 63 yaşlı qadın qətlə yetirilib, qızı yaralanıb (Yenilənib - Qatil tapıldı)


Lənkəranda evə basqın edilib, 63 yaşlı qadın qətlə yetirilib, qızı yaralanıb (Yenilənib - Qatil tapıldı)Lənkəran rayonunda evə basqın edərək 1 nəfərin ölümü, digərinin bıçaq xəsarətləri almasında şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbə sakini Əkbərov Əziz Zeydulla oğlu Bakı şəhərində yaxalanıb.

Qeyd edək ki, Ə.Əkbərov iyunun 20-dən 21-nə keçən gecə Lənkəran rayonu Liman şəhəri, Telman Bağırov 32 ünvanındakı evə basqın edərək 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızına sonradan ölümlə nəticələnən və onun övladı, 1977-ci il təvəllüdlü Nəcəfova İlahə Təvəkkül qızına kürək və qol nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirməkdə təqsirləndirilir. Belə ki, 63 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

Evə basqının səbəbləri hələ ki, açıqlanmır.

İlkin məlumata görə, saxlanılan şəxs Bakı sakini olsa da, Lənkəran sakini ilə ailə qurub.


Əldə etdiyimiz məlumata görə Ə.Əkbərov İ. Nəcəfovanı əvvəlcədən tanıyıb. Onun gecə saatlarında evə gələcəyini bilərək qadının ardınca gəlib və həyətə girərək onun çölə çıxmasını tələb edib. İ.Nəcəfova çölə çıxmadıqda Ə.Əzizov evə daxil olaraq ana və qızına bıçaqla xəsarətlər yetirib.
O, İ.Nəcəfovanın digər otaqda olan azyaşlı oğlunu görməyib. Hadisə barəsində də uşaq telefonla dayısına zəng vuraraq məlumat verib.


Faktla bağlı istintaq tədbirləri davam etdirilir.



***




Lənkəranda naməlum şəxslər evə basqın edib, qadın qətlə yetirilib, qızı yaralanıb.


Hadisə gecə saatlarında Liman şəhərində qeydə alınıb.
Liman şəhər sakinləri 63 yaşlı Nəcəfova Arifə Əsəd qızı və 40 yaşlı Nəcəfova İlahə Təvəkkül qızı çoxsaylı bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyata götürülən Arifə Nəcəfova həkimlərin səylərinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.


Hazırda İlahə Nəcəfovanın əməliyyatı davam etdirilir.

Hadisəni törədən şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
(APA)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10