Süd fermasında işləyən Buker mükafatçısı: o, kişidir, yoxa qadın? - Qeyri-adi faktlar
Kulis.az dünyanın ən nüfuzlu mükafatlarından olan Buker Ədəbiyyat Mükafatının builki qalibi Hollandiyalı yazıçı Marika Lukas Reyneveldlə bağlı maraqlı faktları təqdim edir.Marika Lukas Reyneveld 1991-ci ilin aprel ayında Hollandiyanın Nieuwendijk şəhərində anadan olub. Şimali Brabantda yerləşən südçülük fermasında böyüyən Marika edaqoji kollecdə təhsil alıb. Amsterdamda yazarlıq məktəbini bitirib.
Reyenveldin yazıları mütəmadi olaraq “VPRO Guide”, “The Lying Rabbit”, “De Gids ve Hollands Maandblad” kimi nüfuzlu mətbuat oqranlarında yayımlanıb.
Onun ilk poeziya toplusu 2015-ci ildə C.Buddingh mükafatına layiq görülüb və xanım yazar ilin ədəbi istedadı elan olunub. Qısa müddətdə bir neçə nüfuzlu mükafatlar qazanan Marika həmçinin 2020-ci ildə “Ida Gerhardt” şeir mükafatına layiq görülüb.

Marikanın çox maraqlı həyat tərzi var. O, yazıçılıq karyerası ilə yanaşı Hollandiyadakı südçülük fermasında işləyir. 29 yaşlı yazıçının həyatında baş verən dramatik hadisələr və yaşam tərzi yazdığı əsərlərdə, o cümlədən Buker mükafatına layiq görülən “Axşam narahatlığı” romanında öz əksini tapıb.

Qorxuların və arzuların insanın həyatdakı işlərinə təsirindən bəhs edən yazıçı “Ətrafımda olan insanlara sirlərimi açmıram” deyib.

Marika üç yaşında olarkən 12 yaşlı qardaşını avtobus vurub öldürüb. Yazıçı bu faciənin onun və ailəsinin həyatında dərin iz buraxdığını söyləyir.



Gənc yazıçı Holland ədəbiyyatında ən böyük istedadlarından hesab olunur.
