Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənubda daha bir qətl


Bu gün səhər saatlarında Lənkəranda 80 yaşlı kişi özündən 27 yaş kiçik həyat yoldaşını qətlə yetirib.

Hadisə ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Əldə etdiyimiz məlumata görə, Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi 13 ünvanında sözügedən cinayəti törətmiş 1937-ci il təvəllüdlü Əzimov Xanoğlan Əlixan oğlu nun öldürdüyü qadının onun 3-cü həyat yoldaşı olduğu məlum olub. Belə ki, uzun illər əvvəl evlənən X.Əzimovun ilk nikahdan 6 övladı olub və onun ilk həyat yoldaşı vəfat edib. Daha sonra Neftçaladan olan qadınla evlənən Lənkəran sakininin bu izdivacı qısa sürüb və qadın 2 ay sonra Xanoğlan Əzimovu ataraq ata evinə qayıdıb. Lerik rayon Mastail kənd sakini olan 1964-cü il təvəllüdlü İsmayılova Almagül Əlixan qızı ilə isə o, 10 il əvvəl ailə qurub. Lakin aralarında 27 yaş fərq olan cütlüyün övladı olmayıb.

Son illərdə isə Xanoğlan Əzimovda sinir xəstəlikləri özünü göstərirmiş. Hadisənin də 80 yaşlı kişinin əsəblərinin pozulması nəticəsində baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, X.Əzimov polis tərəfindən saxlanılıb, onun barəsində cinayət işi açılıb.
(Lent.az)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10