![](/uploads/posts/2020-08/thumbs/1598515592_1598505939_1.jpg)
"Rayon icra hakimiyyətləri öz fəaliyyətləri, rayonda aparılan abadlıq-quruculuq işləri, əhali ilə keçirilən görüşlər barədə mütəmadi rəsmi saytlarında məlumatlar yayırlar. Lakin Astara rayon İcra Hakimiyyətinin rəsmi saytında ən son xəbər may ayının 19-da yerləşdirilib. May ayından bu günədək Astara rayon İcra Hakimiyyətinin saytında rayona aid olan heç bir xəbər yerləşdirilməyib. Azərbaycanda ikinci belə bir rayon yoxdur ki, 3 aydan artıq bir müddətdə heç bir tədbir keçirməsin. Bu özü Qəzənfər Ağayevin vəzifəsinə necə məsuliyyətsiz yanaşmasının əyani sübutudur"-deyə, qeyd edilir.
Məlumatda dah sonra Astara aryon İcra Hakimiyyətinin başçısının fəaliyyətsizliyinin səbəbi barədə yazılır: "Astara rayonunda gəzən iddialara görə Qəzənfər Ağayev bu ilin əvvəlində Bakı şəhərinə təyinat alacaqmış. Ancaq ölkədə keçirilən növbədənkənar parlament seçkiləri və daha sonra hələ də davam edən koronavirus pandemiyasının başlaması, ölkənin karantin rejiminə keçməsi Qəzənfər Ağayevin təyinatı məsələsini "dondurub". Yaxın ətrafı ilə söhbətində bəzən on dörd ildir subtropik rayonlarda icra başçısı olduğunu deyən Q.Ağayev pensiya qabağı bir az da paytaxt rayonlarının birində çalışmaq arzusunda olduğunu deyir".
Ötən ay Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun vəzifədən çıxarılması və bu günədək Nİzami rayin İcra Hakimiyyətinin başçısı vəzifəsinin vakant olması Q.Ağayevdə xeyli ümidlər yaratdığı deyilir.