Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Berlin Film Festivalından yeni qərar - İlkə imza atdı


Dünyanın nüfuzlu film festivallarından olan Berlin Film Festivalı ilkə imza ataraq ən yaxşı aktyora verilən mükafatlarda cinsiyyət ayrı-seçkiliyini aradan qaldırıb
Cenub.az xəbər verir ki, Berlin Film Festivalının idarə heyətindən verilən açıqlamada ilk dəfə sənətçilərə verilən mükafatlarda cinsiyyət ayrı-seçkiliyinə diqqət çəkilməyəcəyini vurğulayaraq, sənətçilərin ən yaxşı qadın, ən yaxşı kişi olaraq deyil, ən yaxşı baş rol və ən yaxşı ikinci dərəcəli rol ifaçısı olaraq mükafatlandırılacağını bildirib.
Bundan başqa festivalın idarə heyətindən festival ilə bağlı daha bir yeniliklə bağlı açıqlama verilib. Bildirilib ki, 2021-ci ildən etibarən "Alfred Bauer Mükafatı” ləğv olunacaq, onun əvəzinə “Jüri Mükafatı” veriləcək.
Xatırladaq ki, 71- ci Berlin Film Festivalının 2022-ci ilin fevral ayının 11-12-də keçirilməsi planlaşdırılır. Koronavirus epidemiyasına rəğmən festivalın onlayn deyil, hər zamankı qaydada keçirilməsi nəzərdə tutulur.

kulis





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10