Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hansı masallılı bu vaxtadək digər rayonun rəhbəri olub?


5 rayonun rəhbəri olmuş masallılı kimdir?


Bu gün   Masallı rayonunun Hişgədərə kəndindən boya – başa çatmış 40 yaşlı   Elmir Bağırovun Saatlı rayonuna icra başçısı təyin olunması yerli sakinlərin böyük marağına səbəb olub.

Bəs bu vaxta qədər daha hansı masallılar digər rayonlara rəhbərlik edib?

1. Bu sahədə rekord göstərici təmizlik simvolu kimi tanınan  hacıtəpəli  Zəbi Quliyevə məxsusdur. O, 1942-ci ildən 1963-ci ilə kimi, 20 ildən artıq Azərbaycanın 5 rayonunda rəhbər olub. 1942-43-ci illərdə Samux rayonunun 1-ci katibi işləmiş bu şəxs, sonrakı illərdə Şəkidə 2-ci katib, daha sonralar Göyçayda, Tovuzda, Balakəndə və Şəkidə Rayon  partiya komitəsinin 1-ci katibi vəzifələrində çalışıb.

2. Masallılının Digah kəndindən olan Əlhüseyn Əliyev Lerik rayonunda, 

3. Qızılağaclı İbrahim Səlimov Qazıməmməd Rayon Partiya Komitəsinin 1-ci katibi.

4.  Qızılavar kəndindən olan Yusif Məmmədov isə Yardımlı rayonunda bir neçə il Rayon Partiya Komitəsinin 1-ci katibi işləyib.

5. Bədəlan ərazisinin Çayqıraq kəndindən olan Cəfərov Cəfər Mahmud oğlu. 1948-1953-cü illərdə Biləsuvar rayonunda RPK-nin 1-ci katibi işləmişdir.

6. Müstəqillik dövründə, 2005-ci ildən Əhəd Abıyev Daşkəsəndə icra hakimiyyətinin başçısı işləyir.

7-8. Bundan əvvəl müxtəlif vaxtlarda bir neçə masallılı elə Masallıda rayonun rəhbəri olub. Sovet dövründə öncəqalalı Məmməd Məmmədov, qızlağaclı İltifat Məmmədov Masallı Rayon Partiya Komitəsinin 1-ci katibi, 

9-11. Müstəqillik dövründəərkivanlı Teymur Yəhyayev (2 dəfə), göyçöllü Ağaddin Niftiyev, Şirəli Əhədov Masallı Rayon icra hakimiyyətinin başçısı vəzifələrində çalışıblar.

12. Qızılağaclı Şakir Abuşov Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı olmuşdur.

13-c2 isə yuxarıda qeyd etdiyimiz kimi Saatlı Rayonunun icra başçılığına təyinat alan Elmir Bağırovdur.

Qeyd: Unutduğumuz olarsa, əlavə edə bnilərsiniz.

Cenub az / Zahir Əmənov.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10