
Yardımlı şəhəri ərazisində quldurluq edən şəxs tutularaq istintaqa cəlb olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, avqustun 20-də Yardımlı şəhəri ərazisindəki mağazalardan birinə gəlmiş naməlum şəxs orada işləyən A.Cəfərovu bıçaqla hədələyib 100 manat pulunu alıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ağayev Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı təhqiqat aparılır.