Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Toy olmayıb, yalan söhbətdir” - Əməkdar artist qızının toy məsələsinə aydınlıq gətirdi...


Əməkdar artist Nüşabə Ələsgərli qızı Nigarın Türkiyədə toyu olmasına aydınlıq gətirib. 

Müğənni Moderator.az-a açıqlamasında qızının toyunun olmadığını və sosial şəbəkədə yayılan məlumatların yalan olduğunu bildirib:

“Qızım Nigarın toyu olmayıb, bunu yazanlar düzgün yazmayıblar. Bayaqdan mənə neçə nəfər zəng vurub. Necə toy ola bilər ki, mən orda yoxam, evdə oturmuşam. Nigar sadəcə fotossesiya etdirib, toy oldu ki, qoydular ki, toy ola? Pandemiyaya görə toyu saxlamışıq. Mən Türkiyəyə kimi aparım və neçə nəfər aparım?”

Qeyd edək ki, N.Ələsgərlinin Diasprola İş üzrə Dövlət Komitəsində işləyən qızı Nigar ötən ilin dekabrında nişanlanıb. Bu gün isə bir neçə saytda müğənninin qızının Türkiyədə toyu olması xəbəri yayılıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10