![](https://ayna.az/cdn/2020/august/22/mehdiyev.jpg)
Karantin günlərində övladına toy edən keçmiş deputat barəsində qərar veriləcək
Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılıb. Cenub.az-ın məlumatına görə, İ.Əliyev və R.Mustafayev Abşeron Rayon Məhkəməsinə gətiriliblər. Onlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə ittiham olunurlar. Prosesə hakim Şövkət Nəcəfovanın icraatında baxılır. Məhkəmə karantin qaydalarını pozduqlarına görə onların barəsində qərar verəcək.
Qeyd edək ki, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub. Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar. Əlavə edək ki, İ. Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.