Cümə axşamı   23 yanvar 2025   12:40:25  

“Gizli polis” uşaqların rəqsinə niyə mane olur?


Yaxud, ”sovet artistinə gülmək olmaz” əhvalatı

Dünən, Masallıda, Heydər Əliyev adına parkda Qurtuluş Günü ilə bağlı tədbir keçirildi.
Əvvəllər olduğu kimi rayon rəsmiləri qabaq cərgədə əyləşmişdi.

Bayram tədbirində uşaqlar da var idi.
Amma özünü polis adlandıran 25-30 yaşlı, qırmızı köynək birisi 6-7 yaşlı uşaqların səhnə qarşısında oynamasına qəti imkan vermədi.
Hansı ki, qarşıdakı illərdə belə tədbirlərdə balaca uşaqlar nəinki səhnənin qarşısında, hətta rəhbərlərin də qarşısında oynamışdı, heç bir dəhşətli hadisə də baş verməmişdi.



Mən bu qadağaya qəti etirazımı bildirdim.

Dedim ki, uşaqdır, bayrama gəlib, açıq havada konsertdir, 6-7 yaşlı uşaqlar harada istəsə oynaya bilər.
Dedi, olmaz.
Dedim, sən kimsən?
Mülki paltarda olan, özünü polis adlandıran şəxs dedi, mən polisəm, vəssalam.
Sual verdim, Bəs forman, vəsiqən hanı, nə bilək ki, polissən? Ona qalsa, dildə, mən də polkovnikəm..
Dedi, olmaz ki, olmaz.
Bir qədər sonra soruşdum ki, sənin adın nədir?
Dedi, deyə bilmərəm.


Bəlkə siz biləsiniz, forması olmayan, vəsiqə təqdim etməyən, hətta adını demək istəməyən şəxs, doğrudanmı, polisdir?

Sonra bildirdilər ki, bu guya “gizli polis"dir.

Görəsən, “gizli polis”in uşaqların rəqsinə qadağa qoymağa ixtiyarı varmı?


“Gizli polis”qoy tədbirdə dövlətçiliyimizin xətrinə, gizli işlərlə məşğul olsun.

Ya keçmişdəki, "durijinnik", ya indiki "könüllü"dürsə, qoluna qırmızı bağlasın, xalq da bilsin, kim-kimdir.

Yoxsa, “Əhməd haradadır?” filmində deyilmişkən, fəhlə də özünü deputat kimi aparır.


“Gizli polis” olmazmı rayonu başına götürən oğurluqların açılmasına kömək etsin, idarələrdəki açıq rüşvətxorluqların üstünü açsın?

Zəmanə pisləşib, hər sözü demək, bağlı sandıqları açıb-tökmək olmur. Bir də gördün, cibindən qitələrarası raket çıxdı.

Ona görə bir sovet lətifəsi söyləyib, söhbəti bitirirəm.

Sovet dövrünə belə bir lətifə var idi.

Deməli, Musiqili komediya teatrının artistləri, bir qabaqcıl kolxozda konsert verir.
Sonda direktor qrupun rəhbərindən soruşur ki, bir narazılığınız olmadı ki?
Qrup rəhbəri deyir ki, hər şey yaxşıdır, ancaq nə qədər məzəli səhnə göstərsək də, heç kim gülmürdü.
Sədr deyir ki, mən tapşırmışdım. Onların nə ixtiyarı var ki, sovet artistinə gülsünlər.


Qısası, ehtiyatlı olun, içimizdə gizli polis var.

Şəhər 3 saylı məktəbdə son zəngdəki biabırçı qadağaları da yada salanda, çox şey aydınlaşır.

Belə getsə yuxularımıza, xəyallarımıza da qadağalar qoyacaqlar.

Yavaş-yavaş qorxmağa başlayıram. Hamı asdım-kəsdimlə danışır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: cenubzahir@mail.ru
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10