Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lukaşenko: “Səlahiyyətlərimi təhvil verməyə hazıram”


Belarus Prezidenti: “Gəlin, oturun və biz yeni Konstitusiya üzərində işləyək”
 
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin yeni Konstitusiyasının qəbulundan sonra səlahiyyətlərini təhvil verməyə hazır olduğunu açıqlayıb. Cenub.az bu barədə TASS-a istinadən məlumat verir.
 
“Gəlin, oturun və biz yeni Konstitusiya üzərində işləyək. Yeni Konstitusiya hazırlayaq, referenduma təqdim edək. Konstitusiyanı qəbul edək və mən Konstitusiya çərçivəsində səlahiyyətlərimi sizə verəcəm. Amma bu təzyiq altında və ya küçələr aksiyalarla olmur”, - deyə Lukaşenko vurğulayıb.
 
Bundan əvvəl Lukaşenko Minsk Təkər Traktor Zavodunun (MZKT) tətil edən işçiləri qarşısında çıxış edib. Tətil edənlər Prezidenti “Get get!” qışqırıqları ilə salamlayıblar. Çıxışı zamanı Lukaşenko səlahiyyətlərini bölüşəcəyinə söz verib.
 
Qeyd edək ki, Belarusda səkkizinci gündür ki, kütləvi etiraz aksiyaları davam edir. Vətəndaşlar prezident seçkilərinin rəsmi nəticələrinə qarşı çıxırlar.
 
Seçkilərin nəticələrinə görə, hazırkı Prezident Aleksandr Lukaşenko səslərin 80 faizdən çoxunu qazanıb. Vətəndaşlar isə buna inanmırlar, Prezidentin istefa verməsini, yeni seçkilər keçirilməsini tələb edirlər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10