Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Kəramət Böyükçöllə ciddi danışmalıyıq” — Mirşahin


“Bu gün təhlükəli tendensiyalar yaranır. Fərqli görünmək təşəbbüsü belə cinayətə yaxınlaşmış ola bilirik. Məsələn istedadlı yazıçı, həmişə fərqlənməyə çalışan, amma artıq bunu edərkən təhlükəlicəsinə ifrata varan, müqəddəs prinsiplərə, ali dəyərlərə, keçilməməli xətlərə toxunan Kəramət Böyükçöllə, məncə, ciddi danışmalıyıq”.
 
Cenub.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.
 
M.Ağayev qeyd edib ki, Kəramət Böyükçölün düşüncələri antivətən, anti dövlət xəttinə yaxınlaşıb: “Yazıçı Kəramət Böyükçöl deyir: "Bax, balaca uşaqdır, barış. Mən məsəlçün bir bu cür zülümlə, əziyyətlə övlad böyüdürük, sevirik və gəlir, gəlir 18 yaşına çatanda məlum olur ki, sən demə bunun vətənə borcu varmış... Bəs yaxşı bunun vətənə borcu varsa, bəs vətənin, dövlətin buna borcu yoxdumu?” Bu parçanı niyə təqdim etdim? Sıradan birinə bəlkə də vaxt ayırmazdım. Ölkənin, dövlətin, xalqın ən ciddi problem və qayğılarının müzakirə olunduğu bir layihədə yəqin ki, bu barədə danışmamaq da olardı. Amma danışdım mən. Bilirsiniz niyə? Bu adam yazıçıdır. İstedadlı yazıçıdır. Kitablarını paylayır, satır, insanların beyninə öz məhsullarını ən müxtəlif üsullarla yeridir, təqdim edir. Və bununla da həmfikirlər, onunla eyni mövqeyi bölüşənlər yaradır. Onlar Kəramət kimi birini mahiyyətcə kim olduğunu, nə olduğunu özünün məxsus olduğu dəyərlərin əslində nələrdən ibarət olduğunu bilmədən Kəramətkimiləşirlər. Bu gün, düşmənlə üz-üzə olan Azərbaycanda. Bəlkə də dövlət müstəqilliyinin ən həlledici çağlarında. Belə bir vaxtda dövlətin ən əsas mənəvi institutuna-vətəni qorumaq borcuna qarşı çıxmaq xəyanətə bərabər tutula bilər. Görünür biz əsgər borcunun heç ən ibtidai səviyyədə belə mənasını başa sala bilməmişik. Adam anlamır ki, biz vətəni qorumaq borcunu özgəsini qorumaq borcu kimi yox, öz ana, bacı və övladımızı qorumaq borcu kimi yerinə yetiririk. Amma  bu borcu öz həyətimizdə, alaqapımızda, küçəmizdə əli çomaqla, yanı itlə dayanmaqla yox, daha uzaqda sərhəddə əli silahlı şəkildə terinə yetiririk. Obrazlı desək, hündür, uca bir yerə çıxırıq ki, ordan hər yerə baxa, nəzarət edə bilək. Kəramət kimi maraqlı görünmək məqsədilə dövlətə, xalqa zərərli ideologiya aşılayanların ən ciddi müayinəyə, qınağa, hətta bəlkə də xüsusi şəraitdə mənəviyenidənqurulmağa ehtiyacı var”.
 
Demokrat.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10