Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Xalq Teatrı Milli Dram Teatrının səhnəsində


Bu gün, 12 iyun 2017-ci ildə II Respublika Xalq Teatrları Festivalının final mərhələsində Masallı Xalq teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının böyük səhnəsində yazıçı Nurəddin Ədiloğlunun “Şəhidlər anası” tamaşası ilə uğurla çıxış etdi.



Tamaşaya baxmağa nəinki Bakıdan, Sumqayıt və Gəncədən çoxlu teatrsevərlər gəlmişdilər.

İstedadlı aktyor Cəmaləddin Əliyevin quruluş verdiyi tamaşada əsas rolları həvəskar aktyorlardan Aybəniz Həsənova, Əfqan Əliyev, Rövşən Muxtarlı, Ruhil Alkişiyev, Masallı Dövlət Regional Kollecinin tələbələri - Əsmər İsmayıllı, Şahsənəm Quluzadə, Əfsanə Məmmədzadə və Elvin Azəroğlu oynayırdılar.




XalqTeatrının aktyorlarının -xüsusilə,Sənəm ana rolunu ifa edən Aybəniz Həsənovanın çıxışı tamaşaçılar tərəfindən dəfələrlə sürəkli alqışlarla qarşılandı.

Masallı Xalq Teatrı Milli Dram Teatrının səhnəsində


14 iyunda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında festivalın bağlanış mərasimində Masallı Xalq Teatrınının çıxışının münsiflər heyəti tərəfindən yüksək qiymətləndiriləcəyi şübhə doğurmur.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10