Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“İlon Mask, Lukaşenkonu Marsa apar!” - Belarus xalqının qeyri-adi istefa şüarı...


Etiraz mitinqləri hər zaman maraqlı yaradıcılıq nümunələri ilə zəngin olub. 

Etirazçılar adətən populyar “Rədd ol”, “Səni istəmirik” şüarları ilə yanaşı fərqli məzmunda da şüarlar səsləndirib, plakatlar nümayiş etdiriblər.     

Neçə gündür ki, Belarusda 26 illik diktator Lukaşenkonun istefasını tələb edən on minlərlə insanın iştirak etdiyi mitinqlərdə etirazçıların əllərində tutduğu bayraqlar və plakatlarda maraqlı şüarlar olub.  

Cenub.az xarici mətbuata istinadən bildirir ki, "İzvestiya" qəzetinin müxbirinin hadisə yerindən verdiyi məlumata görə, plakatlardan birində  “İlon, AQ-ni (Aleksandr Qriqoryeviç) Marsa aparın” yazılıb. REN TV xəbər verir ki, daha əvvəl Twitter-də, Belarusdakı hadisələr haqqında məlumat alan İlon Musk: "Mən sizə necə kömək edə bilərəm?" - soruşub.
 
Xatırladaq ki, məşhur mühəndis-milyarder İlon Mask insanların Marsda və Ayda yerləşdirilməsi təklifi ilə çıxış edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10