
Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı şəhəri ərazisində baş verib.
Belə ki, "VAZ 21011" markalı avtomobil Zərifə Əliyeva küçəsindən əsas yola çıxarkən "Kamaz" markalı yük avtomobilinin yolu keçməsini gözləyib. Yük avtomobili keçdikdən dərhal sonra yola çıxmaq istəyərkən diqqətsizlikdən yük avtomobilinin arxasında yedəkdə olan digər nəqliyyat vasitəsini görməyib. Nəticədə iki avtomobil arasındakı trosa ilişərək sıxılıb.
Hadisə yerində iki Masallı rayon sakini dünyasını dəyişib. Həmin şəxslər təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Qəzada xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. Report.az

