Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Günəşi zəbt edən qadın” – NASA-da işləyən millət vəkilinin qızının həyat HEKAYƏSİ


Türkiyə tarixində bir çox bacarıqlı alim yer alır. NASA-da ilk türk alim qadın olan Dilhan Eryurt da onlardan biridir. Bu qadının ruhlandırıcı həyat hekayəsini sizinlə bölüşəcəyik.

"Günəşi zəbt edən qadın" kimi tanınan Dilhan Eryurt kimdir?

29 noyabr 1926-cı ildə İzmirdə anadan olan Dilhan Eryurtun erkən yaşlarından riyaziyyata marağı olub. O, həm də olduqca ağıllı, qavrama qabiliyyəti yüksək biri idi.
Atası Dənizli millət vəkili kimi (1944) Türkiyə Böyük Millət Məclisinin üzvü olan Abidin Ege idi.
dilhan eryurt
Qızı Dilhan dünyaya gəldikdən bir neçə il sonra millət vəkili ailəsi ilə birlikdə İzmirdən İstanbula, daha sonra isə Ankaraya köçüb.
Dilhan Eryurt ilk təhsilini Ankarada aldıqdan sonra Ankara Qızlar Liseyində oxuyub. Orta məktəbi müvəffəqiyyətlə bitirən Dilhan Eryurt daha sonra İstanbul Universitetinin Ali Riyaziyyat və Astronomiya fakültəsinə daxil olub.
Universitetdə astronomiyaya marağı artan Eryurt təhsil aldıqdan sonra Ankara Universitetində astronomiya şöbəsini açmaqda məsul şəxs olan professor Tevfik Okyar Kabakçıoğlunun yanında köməkçi kimi işləməyə başlayıb.
Dilhan Eryurt (solda), Ankara Üniversitesi'nde Tevfik Kabakçıoğlu'nun (ortada) asistanlığını yaptı.
Dilhan Eryurt (solda) - Ankara Universitetində Tevfik Okyar Kabakçıoğlunun köməkçisi olduğu zamanlar
İki il professorun fəxri köməkçisi olaraq çalışan Dilhan Eryurt heç bir ödəniş almırdı. O, maaşsız işləyirdi.
D.Eryurt daha sonra bir müddət işlərinə ABŞ-da Miçiqan Universitetində davam etdi.
Dilhan Eryurt 1953-cü ildə Ankara Universitetinin Astrofizika fakültəsində doktorluq dərəcəsini aldı, daha sonra isə dosentlik tədqiqatlarını tamamladı.
1959-cu ildə "Beynəlxalq Atom Enerjisi Agentliyi"nin təqaüdü ilə iki illik Kanadaya təhsil almağa getdi.
Dilhan Eryurt, NASA'nın Goddard Uzay Araştırmaları Enstitüsü’nde çalışırken.
D.Eryurt burada həqiqi astrofizika ilə tanış oldu və prof. dr. Alastair G. W. (Graham Walter) Cameron ilə işləmək imkanı qazandı. Professor ona üç mövzuda təhsil almağı təklif etdi. Dilhan Eryurt hidrogen ulduzları üzrə bilik imkanlarını artırmağı seçdi.
Eryurt bir çox məşhur elm adamları ilə işlədikdən sonra NASA-nın nəzdindəki “Goddard” Kosmik Tədqiqat İnstitutunda vəzifəyə təyin olundu. NASA-da təhsilini davam etdirərək professor Alastair ilə birlikdə günəş tarixi ilə bağlı araşdırmalar apardı.
Dilhan Eryurt “Goddard” Kosmik Tədqiqat İnstitutunda işlədiyi dövrdə qurumda çalışan yeganə qadın astronom idi.
dilhan eryurt
Dilhan Eryurt, Dr.Ishtiaq Rasool və Dr.Patrick Thaddeus
Eryurtun araşdırmaları günəşlə bağlı bəzi həqiqətləri üzə çıxardı. O, araşdırmaları ilə Günəşin parlaqlığının yaranmasından bəri artmadığını, keçmişdə daha parlaq və isti olduğu ortaya çıxardı. Dilhan Eryurtun o dövrdəki gördüyü işlər yeni kosmik uçuşlara təsir göstərməsi baxımından da əhəmiyyətli idi.
dilhan eryurt
Milli Astronomiya iclası, 1968-ci il (Dilhan Eryurt ən öndə, ağ gödəkçədə)
D.Eryurt eyni zamanda 1969-cu ildə Aya ilk eniş üçün gördüyü uğurlu işlərinə görə “Apollon Uğurları Mükafatı"na layiq görüldü.
dilhan eryurt
Eryurt 1969-1973 illər arasında NASA-da elmi araşdırmalarını və tədqiqatlarını davam etdirdi. O, 1977-ci ildə TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası) tərəfindən Elm Xidməti və Həvəsləndirmə Mükafatına layiq görüldü. İstanbula dönən Dilhan Eryurt 1988-ci ildə təxminən altı ay fizika kafedrasının müdiri vəzifəsini icra etdikdən sonra beş il İncəsənət və Elmlər Fakültəsinin dekanı oldu. O, 1993-cü ildə isə təqaüdə çıxdı.
dilhan eryurt
Uğurlu bir həyat yaşayan Dilhan Eryurt 13 sentyabr 2012-ci ildə infarkt səbəbindən Ankarada vəfat etdi. D.Eryurt elm tarixinə "Günəşi zəbt edən qadın" kimi düşdü.

Onu da qeyd edək ki, ötən ay “Google” Dilhan Eryurtun xatirəsinə bir “doodle” dizayn etmişdi.
Turan Oruc,
Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10