Cenub.az xəbər verir ki, bu barədə Türkiyənin Sozcu portalı yazır.
Tolqa Polat Adana şəhərində yaşayan anası İqbal Polatı və vəkil işləyən qardaşı Altuğ Polatı ziyarətə gəlib.
Nəşrin yazdığına görə, Tolqa ailəsi ilə mirasa görə dalaşıb və onları silahla vurub. Onlar yerindəcə ölüblər.
Atəşin səsinə qonşular qaçıblar və polisi çağırıblar. Tolqa Polat cinayət yerindən qaçıb, ancaq tapılaraq həbs olunub.
Qeyd olunur ki, hadisə baş verən zaman Tolaa Polatın atası mənzildə olub. O, məhkəmədə şahid qismində iştirak edəcək.
Tolqa Polat 1975-ci ildə Mersində anadan olub. Keçmişdə Bingol və Erzincanda qubernatorun müavini vəzifələrini icra edib.
Ailəlidir, üç övladı var.
//KONKRET.az