Belarusda ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə qarşı etirazlar davam edir. Bu ərəfədə Aleksandr Lukaşenkonun qələbəsi elan edildi, lakin müxalifət nəticələrin saxtalaşdırıldığını düşünür. Etirazçıların dediyinə görə, səsvermənin nəticələrinə görə, hazırda Litvada olan Svetlana Tixanovskaya ölkəyə rəhbərlik etməli idi. Znak.com Moskva gimnaziyasının tarix müəllimi Tamara Eydelman ilə Aleksandr Lukaşenkonun dünya diktatorları siyahısına necə daxil olması və bundan sonra onu nə gözlədiyi barədə söhbət edib.
Cenub.az həmin müsahibəni təqdim edir.
- Belarusdakı prezident seçkiləri, bu seçkilərdən sonrakı gecə şübhəsiz tarixə düşəcək. Sizcə, Aleksandr Lukaşenko dünya diktatorları siyahısına daxil olmaq üçün öz postunda kifayət qədər iş görüb?
- Diktator siyahısına düşmək üçün o gecə lazım deyildi, bu gecədən sonra Aleksandr Lukaşenko diktatorlar yox, cinayətkarlar siyahısına daxil ediləcəkdir. Diktatorların siyahısına o, Konstitusiyanı, qanunları dəyişdirməyə, müxalifəti əzməyə başlayanda, "sıfırlama əməliyatı" edəndə düşmüşdü. Odur ki, o, lap çoxdan diktatordur. Nə bu gün, nə də dünən olmayıb. Ona görə də, sorğu rəylərində əhalinin 80% onun əleyhinədir.
- Siz Tixanovskayanın qərargahı tərəfindən keçirilən sorğunu nəzərdə tutursunuz?
- Əlbəttə.
- Belarusun bir sıra şəhərlərində, o cümlədən respublikanın paytaxtında seçkilərdən sonra gecə etirazçılarla təhlükəsizlik qüvvələri arasında şiddətli qarşıdurmalar oldu. Yayılan fotoşəkillərə görə, bir çoxunun ağır yaralandığı, hətta birinin öldüyü bildirilir. Lakin Aleksander Lukaşenko "seçkilər bayram kimi keçirildi" dedi. Respublika başçısının bu davranışını necə izah edə bilərsiniz?
- Birincisi, bu davranışda inanılmaz sinizm və kin-kidurət olduğu tamamilə aydındır. Sənin ölkəndə belə işlər baş verəndə gərək inanılmaz dərəcədə kinli olasan ki, öz xalqının üzünə tüpürüb bu sözləri deyəsən. Məsələ başqadır- Lukaşenkonun geri çəkilməyə heç bir yeri yoxdur. Onun iki yolu var: getmək və ya ölkəni qan içində boğmaq.“Sarsılmaz azadlıq əməliyyatı”proqramının mütəxəssisləri XX əsrin 50-ci illərindən bəri hökmranlıq edən diktatorlarla bağlı çox sayda statistikanı təhlil ediblər və müəyyənləşdiriblər ki, yalnız 12% diktator seçkilər nəticəsində vəzifələrini tərk edib. Lukaşenko isə bu 12% -ə dəqiq daxil deyil. Daha tez hərbiçilər tərk edir - məsələn, Auqusto Pinoçet: tərk etdi. Bəs, Aleksandr Qriqoriyeviç hara getməlidir? Öz sovxozuna? Hə edə bilər? O, ya Haaqa məhkəməsinə getməlidir, ya da hakimiyyətdən yapışacaq. Əlbəttə, ona elə bircə mənim məsləhətim çatmırdı, amma ümumiyyətlə, danışqlar aparıb özünə zəmanət alardı. Amma, buna onun beyni yetmir.
- Sizcə Lukaşenko kimlə razılaşmalıydı?
- Müxalifətlə. Razılaşardı ki, gedir, əvəzində toxunulmazlıq zəmanəti alardı. Və oturub özü üçün memuarlar yazardı.
- Diktatorluq mövqeyindən, Lukaşenko seçkilərdən sonrakı gecə özünü düzgün apardımı?
- Tarixin təcrübəsi göstərir ki, danışıqlara razılıq verən diktatorlar hakimiyyətdən, bəzən isə həyatlarından məhrum olurlar. Digər tərəfdən, danışıqlara getməyən Rumıniya lideri Nikolae Cauşeskunun nümunəsi var, danışıqlara getmədi,nəticədə gözlənildiyi kimi qaçmağa məcbur oldu və sonda edam edildi.
Mənə görə, diktator olmaq lazım deyildi. Mühakimə etmək mənim üçün çətin olsa da, diktator baxışından, yeganə fürsət indiki vəziyyətdən birtəhər çıxmaq idi – danışıqlara getmək, güzəştlər etmək, getməyin şərtlərini razılaşdırmaq, hansısa şuranın sədri qalmaq olardı. Üstəlik, Belarusda hələ də Lukaşenkoya hörmət edən insanlar var. O, indi “vo-bank” gedir, ona görə ki, bütün diktatorlar kimi qorxur. Hansı variantlar var? Ya ölkədən qaçmaq, ya da hər şeyi qanla sulamaq. Razılığa gəlmək çox ehtimal ki, gecdir, çünki qan artıq tökülüb. Bu seçkilərdən əvvəl edilməli idi. Dünən isə heç olmasa özünü biabır etməməli və 80% ona səs verildiyini söyləmək lazım deyildi. Çox adam ağlabatan şəkildə yazır: heç olmasa 55% səs topladığını desəydi, bəlkə də buna inanardılar. Lukaşenko isə qəsdən xalqın sifətinə tüpürür. Yeri gəlmişkən, o həmişə belə olub - " belə, tüpürüm sizə!”, "İndi sizə göstərərəm!". Amma, Krımdan sonra (2014-cü il hadisələri, yarımadanın Rusiyanın tərkibinə daxil olması -red.) görünürdü ki, Lukaşenko beynəlxalq imicini düşünməyə və daha mülayim davranmağa başladı. Ancaq indi hakimiyyətə dişləri ilə yapışıb. Bu cür seçimlər yaxşı heç nə vəd etmir. Çox görmüşük. Qoy, Qəddafini xatırlasın.
- Minskdəki etirazlar ilə keçən yay Moskvadakı etirazları müqayisə etmək əlbəttə düzgün deyil, amma Lukaşenko və Putinin etirazlara olan reaksiyası, mənim fikrimcə, oxşardır. Həm Lukaşenko, həm də Putin mitinqləri şərh edərkən yaralanan təhlükəsizlik işçiləri haqqında təəssüf hissi ilə danışır, lakin ciddi xəsarət alan etirazçılara heç bir rəğbət hissi keçirmirlər. Hakimiyyət televiziyaları da xəbərlərdə yalnız zərərçəkən polislər haqqında məlumat verirlər. Sizcə niyə hər iki prezident insanları nəzərə almadan yalnız güc strukturlarını bu qədər fikirləşir?
- Bu ki, onların dayağıdır! Diktatorlar kiməsə güvənməlidirlər. Bir tərəfdən belə görüntü yaranır - "xalq məni sevir", Lukashenko bir batkadır, xalqın prezidentidir. Latın Amerikalı politoloq Guillermo O'Donnell deyir ki, bütün diktatorlar xalqa müraciət etməyi sevir, çünki bu onlara mandat verir. Yəni nə partiya, nə parlament, yalnız xalq, xalq sevir və bu ona bəsdir. Ancaq sonra bu da yerindən silkələnməyə başlayır. Və nə qalır? Güc və xüsusi xidmətlər. Əlbəttə ki, diktator onların maaşlarını artırır, mənzillər verir, bizim çevik polis alayı kimi. Deyirlər ki, Belarusda zabitlərə maaşları zərflərdə verirlər. Mən tamamilə buna inanıram. Amma, düşünmürəm ki, bu elə də sadə olsun: gedirəm və insanları döyürəm. Amma prezident təriflədi - əhsən dedi. Və elə bilməyin ki, Lukaşenko, Putin onlara sonadək arxalanırlar. Onlar özlərindən başqa heç kimə arxalanmır. Bu diktator xarakteri deyil.
- Bəzi inqilabların nümunələri göstərir ki, bir anda təhlükəsizlik qüvvələri diktatorun əmrlərinə tabe olmur və xalqın tərəfinə keçir. Bu nə zaman baş verir və niyə Belarusda təhlükəsizlik qüvvələri indi hakimiyyətin tərəfindədir?
- Seçkilərdən sonra gecə gördük ki, bəzi şəhərlərdə çevik polislər geri çəkildi. Baxın, qoşunlar əmri yerinə yetirirlər, əmrə tabe olmamaq üçün çox böyük bir stimul lazımdır. İki stimul ola bilər. Birincisi, təhlükəsizlik işçiləri dərk edirlər ki, heç nə edə bilməyəcəklər (buna görə də hakimiyyət onları pulla satın alır). İkincisi - 1917-ci ildə Petroqradda olduğu kimi. O zaman nə qədər insanlar küçələrə çıxdı! Əsgərlər insanların niyə küçəyə çıxdıqlarını anladılar. Və onda bütün Petroqrad qarnizonu üsyançılara dəstək verdi. Hamısı. Çarın bu barədə nə düşünməsindən asılı olmayaraq, o artıq müqavimət göstərə bilmədi. İnsanlar nə qədər çox çıxsa, bir o qədər şans yaranır, polis və ordu xalqın tərəfinə keçir.
-Lukaşenko da tələsik elan etdi ki, guya heç bir çevik polis dəbilqəni atmayıb. Bu doğrudur?
- Hə, hə, əlbəttə!
- Sizcə, Lukaşenkonın növbəti hərəkətləri nə olacaq? Sərt islahatlar və repressiyalar gözləməliyikmi?
- Əgər danışıqlara getməyibsə, deməli, o, yalnız qan, cinayət işləri, həbslər, nümayişlərin dağıdılması ilə məşğul olacaq.
- Fikrinizcə, postsovet məkanında "ərəb baharı" nın öz versiyası mümkündürmü?
- “Ərəb baharı", hər halda bizdən çox fərqlidir, çünki orada müsəlman hərəkatı mühüm rol oynayıb. Yəni, hər şey azadlıq mübarizəsi kimi başlandı, hamı sevindi və birdən Misirdə "müsəlman qardaşlar" ın qalib gəldiyi məlum oldu, sonra Suriyada, Liviyada ortaya çıxdı. Və məlum oldu ki, liberal qüvvələr çox zəif imiş. Qorxuram ki, "ərəb baharı" bu vəziyyətdə diktatorların devrilməsi ilə bağlı deyil, müxtəlif qüvvələrin və mütləq demokratik olmayan qüvvələrin necə hakimiyyətə gəlmələri ilə əlaqədardır. Və bu asanlıqla bizdə də ola bilər. Yeri gəlmişkən, Ukrayna göstərdi ki, diktatorun devrilməsi mümkündür, baxmayaraq ki, orada hər şey hamar deyil. Belə ki, hər şey mümkündür.
- Tarixi təcrübəyə əsaslanaraq deyə bilərikmi ki, bir neçə onilliklər ərzində bir nəfər tərəfindən idarə olunan bir ölkədə hökumətin devrilməsi üçün bütöv şərtlər yığını lazımdır? Belə şərtlərin adını çəkə bilərsinizmi?
- Kifayət qədər geniş ictimai fəallığa ehtiyac duyulur, yəni insan hüquqları müdafiəçilərinin kiçik bir qrupu və ya başqaları ilə mümkün deyil. Həqiqətən böyük ictimai hərəkat lazımdır. Bu birincisi. İkincisi, müqavimət uzanırsa , çox gec olur, yerində fırlanmağa başlayır. Buna görə, ilk aylarda, bəlkə də bir ildə, əhəmiyyətli bir şeyin baş verməsi vacibdir. Təbii ki, hərbiçilərin kiçik bir dəstəsinin həyata keçirə biləcəyi çevrilişlər barədə danışmırıq. Real dəyişikliklərdən danışırıqsa, burada əhalinin həqiqi fəaliyyəti olmalıdır ki, təhlükəsizlik qüvvələri etirazçıların tərəfinə keçə bilsin.
-Lukaşenko yeni hakimiyyətə gələndə dedi ki, əsas məqsədi "dövləti və insanları uçurumdan kənarlaşdırmaqdır ". Niyə on illər boyu hakimiyyətdə olan liderlər ən çox belə mücərrəd formulalara əl atırlar ki, ölkə daxilindəki ən kiçik böhran zamanı istifadə edə bilsinlər?
- Hər bir diktatorun özünü xalqa xilaskar kimi göstərməsi ona çox lazımdır. Nədən? Hər şeydən, hətta yəhudi-mason sui-qəsdindən, Mərkəzi Kəşfiyyat idarəsindən, kommunistlərdən, dindarlardan! Özündən əvvəlki hakimiyyəti söyməkdən. Əsas qorxutmaqdır! İnsan qorxduğu zaman, o artıq fikir bildirmir: “Nədənsə bu liderin proqramı deyil. Ümumiyyətlə, onun proqramı haradadır?". Adam xilaskarın ardınca gedir.
- Bu həm də izah edə bilər ki, on illər boyu hakimiyyəti əllərində saxlayan liderlər etimad mövzusunda referendum keçirməyi, Konstitusiyanı dəyişməyi niyə bu qədər sevirlər və niyə xalqın sevgisinə həmişə müraciət etmək bu qədər vacibdir?
- Əlbəttə! Həm də demokratik prosedurun möhkəm çərçivəsi ilə bağlı olmayan referendum və ya Konstitusiyaya dəyişiklik qabağındakı yolda hər şeyi süpürən xalq sevgisinin bir təzahürüdür. Bu, bütün diktatorların istifadə etdiyi irrasional müraciətdir.
- Bir çox məşhur diktatorlar hakimiyyət çevrilişindən sonra edam edilib. Lukaşenko da bu cəhdlərini sadəcə öldürülmək qorxusu ilə izah edə bilərmi? Yoxsa başqa səbəblər var və bu səbəblərin adını çəkə bilərsinizmi?
- Bu vəziyyətdə Lukaşenko üçün öldürülməkdən çox, devrilməsi qorxuncdur. Onun üçün bu alçaqlıq, hakimiyyət itkisidir.Bəs, əgər mühakimə olunarsa? Əlbətdə qorxur. Qorxudan da hər şeyi edir.
Müsahibəyə söz ardı:
Lev Tosttoy sağ olsaydı yəqin yazardı: ”Bütün “ xoşbəxt” diktatorlar bir-birinə bənzəyir, onların idarə etdiyi xalqlar isə hərəsi bir cür bədbəxdir”.
Tərcümə və sözardı İlham İsmayıla məxsudur
Moderator.az