Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı küçələrinin abadlığından gileyli qalanlar kimləridir?


Onlar nə dərəcədə haqlıdırlar?

Xəbər verdiyimiz kimi Masallı şəhər mərkəzində 18 küçəyə asfalt döşənir, 10 küçə və parkda isə abadlıq işi aparılır. Yəqin ki, yaxın vaxtlarda Masallı şəhərində asfalt olunmamış küçə qalmayacaq.  Təbii ki, bu iş əksəriyyət tərəfindən razılıqla qarşılanır.

Amma gileylilər də da var və kifayət qədər də haqlı görünürlər.

Birinci gileylilər Masallı Regional Dövlət Kollecinin müəllim və tələbələridir.   Onlar bildirir ki, bu kollec son aylar uyğunlaşdırılmış binaya (keçmiş şəhər 1 saylı məktəbin binasına) köçəndən sonra daxili imkanlar hesabına tanınmaz dərəcədə təmir olunub və burada xeyli yenidənqurma işləri aparılıb. 

20-dən artıq rayonun təhsil aldığı bu məkana gedən yol isə asfaltlanacaq yolların siyahısına düşməyib. Elə bu yola, 2 ay öncə, müəllimlər öz hesabına bir neçə maşın çınqıl töksə də, asfalt onların gücü daxilində olmayıb. 45 metr uzunu 4 metr eni olan bu yol da asfaltlansa, çoxlarının ürəyincə olar.

Gileylilər sırasında Ərkivan qəsəbə sakinləri də var. Onlara təəccüblə gələn odur ki, qəsəbə adın alandan sonra ilk illər Ərkivanda bir neçə küçə asfaltlansa da, son illər onlarla bərbad küçə olmasına baxmayaraq, qəsəbənin heç bir küçəsinə asfalt döşənmir. Bu ayrı seçkiliyin sirrin isə bilən tapılmır.

Gileylilər inanır ki, rayon rəhbərliyi onların istəyinə həssaslıqla yanaşacaq.

Zahir Əmənov (Cenub az)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10