Deyilənlərə görə, dava çilə üstündə olub. cenub.az saytına daxil olan məlumata görə, qayınana çörək bişirəndə çiləsi çatmadığı üçün gəlinin çiləsidən götürüb, gəlin də acığından təndirə su tökərək, yanan təndiri söndürüb. Beləcə dava başlayıb.
Ölkə mətbuatının, eləcə də aparıcı saytların yaydığı məlumatlardan çoxlarına bəlli olduğu kimi Masallı rayonun Miyankü kəndində dəhşətli qətl hadisəsi baş verib.
Kənd sakini, 1989-cu il təvəllüdlü Ağayev Azər və onun həyat yoldaşı Ağayeva Asudə ailə-məişət münaqişəsi zəmnində 1962-ci il təvəllüdlü Ağayev Etibar və Ağayeva Rəfiqəni balta ilə öldürərək həyətlərindəki tövlədə basdırıb və üzərini betonla örtüblər.
Məlumata görə, öldürülən ər-arvad bu il iyunun 5-dən yoxa çıxıblar. Maraqlananlara Azər Ağayev valideynlərinin Rusiyaya yollandığını deyib.
Miyankü kəndinin tanınmış ziyalılarından olan Xudaqulu Tahirovun cenub.az saytına bildirdiyinə görə bu hadisə kənd üçün olduqca dəhşətli faciədir. İllər idi ki, ata- oğul arasında az qala ölüm-dirim savaşı, münaqişə gedirdi. Heç birində cüzi də olsa güzəştə getmək söhbəti yox idi. Ən adi şeylər bu evdə böyük davaya səbəb olub. Məsələn, uşaq çayı dağıdıb, böyük dava, biri bərkdən danışıb, başqa dava.
Mən bir kənd müəllimi və ziyalısı kimi şəxsən və dəfələrlə ata (Ağayev Etibar) və oğul (Ağayev Azər) ilə söhbət etmişdim. Yaxın qohumlardan da bir neçəsi həmçinin. Onu da deyim ki, öldürülən ata özü vaxtilə ata-anasına, qardaşına qarşı dəfələrlə heyvanı rəftar etmişdi. Necə dəyərlər, nə əkmişdi, onu da biçdi.
Azəri müdafiə etmək fikrindən uzağam. Amma hər halda onu bu, öldürülən tərbiyə etmişdi. Məktəb illərində oğlunu məktəbə qoymadı. Arada bir-iki dəfə məktəbə zorla gətirilmişdi, yəni bu adam dərs oxumamışdı, məktəb tərbiyəsi görməmişdi. Qonşu uşaqlarla oğlunun mübahisəsi zamanı istənilən adi söhbəti, mübahisəni şişirtməklə uşağının bütün hərəkətlərini müdafiə edir, qonşu uşaqlardan və onların valideynlərindən qisas almağa çalışardı. Oğlunu birinci dəfə Masallı şəhərindən evləndirdimişdi. Bir ay çəkmədi onu boşadılar. İkinci dəfə oğlanı özlərinə qohumluğu çatan birisi ilə evləndirdi. İkinci gəlindən ailənin üç uşağı var. Ən pisi də o oldu ki, yeni gəlin münaqişəni söndürmək əvəzinə, daha da alovlandırdı. Ailədə ən çox əziyyət çəkən isə oğlanın anası idi. Əri onu tam təcrid olunmuş vəziyyətdə saxlayırdi. Qadın heç bir qonşu ilə danışa bilmir, elin xeyir - şərində iştirak edə bilmirdi. Ancaq onu da, əri ilə birlikdə vəhşicəsinə öldürdülər.
Özünün cəfəng iddiaları üzündən ailəsinin iqtisadi vəziyyətini də düzəldə bilmirdi. Ailənin atadanqalma geniş torpaq sahəsi var idi. Sonradan 2 qardaş arasında böldülər və hər birinə 0,10 sotdan çox torpaq düşüb. Ölən ata mexanizatorluqla, oğlu fəhləliklə bir təhər dolanırdı. Onunla bir həyətdə yaşayan qardaşı, çoxuşaqlı ailə sahibi (əksəriyyəti qızlardır) olmasına baxmayaraq, ailəsi üçün hər cür şərait yaradıb və qızların da hamısını köçürdüb.
Ağayev Azər öz ailəsinə, ata-anasına, hətta uşaqlarına olmazın əziyyət verirdi (uşaqların isə cəmi 2-3 yaşı var).
- Bəs mübahisə nə üstündə olub?
Adını açıqlamayan daha bir qonşu bildirib ki, mübahisə çilə üstündə olub. Qayınana çörək bişirəndə çiləsi çatmadığı üçün gəlinin çiləsindən götürüb, gəlin də acığından təndirə su tökərək, yanan təndiri söndürüb. Beləcə dava başlayıb.
- Bəs cinayət necə açılıb?
Deməli, Ağayev Azər ata-anasını öldürüb tövlədə basdırandan sonra yaydığı “onlar Rusiyaya gedib” xəbərinə yaxınları inanmayıb. Oğlanın və qızın dayısı şübhələnərək Masallı Polis şöbəsinə müraciət edib. Polislər elə ilkin söhbətdə cinayətin izinə düşüblər. Daha sonra Ağayev Azər hər şeyi boynuna alıb. Hazırda Ağayev Azər və həyat yoldaşı polis şöbəsində saxlanılır. Meyit ekspertizadan gətirilmək üzrədir. Dəfn bu gün axşamüstü Miyankü kəndində olacaqdır.
Aynur