Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ata ilə qızının cəsədi fərqli rayonlarda ağacdan asılı halda tapıldı - Foto


Cenub.az xəbər verir ki, Çingiz Qaradaş adlı şəxs ilə 7  yaşlı qızının cəsədi fərqli bölgələrdə (İskəndərun və Arsuz) ağacdan asılı şəkildə tapılıb.
İddialara görə, əvvəllər məhkum olmuş Çingiz Qaradaş ötən gün ayrı yaşadığı həyat yoldaşından olan qızı Dilan Qaradaşı görmək istəyib. O, qızını yanına alaraq saat 16:00-da geri gətirəcəyini deyib. Qızının gəlməməsindən narahat olan suriyalı ana polisə xəbər verib. Polislər gecə boyunca axtarış əməliyyatı aparsalar da, nəticə əldə edə bilməyiblər. Günorta saatlarında meşəlik ərazidə cəsəd görən vətəndaşlar polisə xəbər verib və aparılan təhlillər nəticəsində şəxsin Çingiz Qaradaş olduğu müəyyənləşib. Bir neçə saat sonra isə qızın cəsədi də tapılıb. 
Hadisə yerindəki araşdırmadan sonra ata və qızın cəsədi yarılma üçün Adana Ədli Tibb İnstitutuna aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır, hadisənin kim tərəfindən törədildiyi hələlik bəlli deyil, lakin Çingiz Qaradaşın əvvəl qızını, daha sonra isə özünü asdığı ehtimal edilir.
 
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10