Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Türkiyə 86 ildir açılmayan Ayasofya məscidini .. pandemiya dövründə açdı, bəs bizim məscidlər?..



"COVID-19" dünyanı yeni bir gündəmə salıb. İnsanlar bütün işlərində bu mərəzi nəzərə alaraq, yaşamaq məcburiyyətində qalıblar. Dünya “İspan qripi”ndən sonra bu cür virusa yoluxmağa hazır deyildi. Texnologiyanın bu qədər sürətlə inkişaf etdiyi dönəmdə insanlığın bu qədər aciz qalması çox düşündürücüdür...

Amma mövzumuz bu deyil...

 
...Məscidlər yenə açılmadı. Dünya virusla bağlı mübarizədə müəyyən yanaşmalar ortaya qoyur. Məsələn, bəzi ölkələrdə nə qədər virus geniş yayılsa da, məcburi şəkildə evlərə qapadılmalar olmadı. Eyni zamanda insanlara maarifləndirmə işlərinin aparılması müxtəlif formalarda keçirildi.

Bizdə hökumət nəzərdə tutulmuş yerlərdə maska taxmamağa görə böyük məbləğdə cərimlər qoydu. Digər ölkələr insanların kommunal xərcləri hökumət tərəfindən ödənildi.

Dünya üzrə məscidlərin də qapadılması müəyyən zaman çərçivəsində həyata keçirildi. İnsanlarda müəyyən təsəvvür yarandıqdan və müəyyən maarifləndirmə işləri aparıldıqdan sonra məscidlərin, ziyarət yerlərinin açılması təmin olundu. Bu gün virusla mübarizə aparan müxtəlif ölkələrdə məscidlər müəyyən qaydalara riayət edilmək şərti ilə fəaliyyət göstərir. Amma Azərbaycan rəsmiləri virusla mübarizə ilə bağlı bir çox mövzularda dünya təcrübəsinə əsaslandıqlarını qeyd etsələr də, nədənsə məscidlərin açılması mövzusunda anlaşılmaz təcrübələrindən istifadə edirlər.

 
Türkiyə 86 ildir açımayan Ayasofiya məscidini pandemiya dövründə açdı. İnsanlar böyük izdihamla bu məsciddə qılınan bayram namazına qoşuldu. Virusla mübarizə mövzusuna “İki dövlət, tək millət” dediyimiz ölkə ilə niyə bu qədər fərqli yanaşmalarımız var?

Yəni, bizim dindarlar bu qədərmi etibar olunası deyil? Xeyr, sadəcə bu mövzularda məsul olan insanlar ölkə reallığını dəyərləndirə bilmirlər. İnsanlar maddi ehtiyaclarını nəzərə almadıqları kimi, mənəvi ehtiyaclarını da gözardı edirlər.

 
Allah bu milləti mənəvi kimliyinə sahib çıxanlardan qərar versin!

 Mətləb Həmzəli,

«Dəyərlər»





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10