Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin informatika müəllimi Rəsmiyyə İmanlı Təhsil naziri Emin Əmrullayevə açıq məktub ünvanlayıb.
Cenub.az-ın məlumatına görə, məktubda bildirlir ki, Ruhiyyə Tağıyeva Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbinə cari ilin fevral ayında direktor təyin edilib. Ancaq Təhsil şöbəsi tərəfindən təqiblərə məruz qaldığına görə, səlahiyyətlərini icra edə bilmir:
"Əvəzinə qeyri-qanuni olaraq Çinarə Atayeva direktorun "səlahiyyətlərini icra edir". Hansı ki, direktorun buna razılığı olmalıdır, amma bu razılıq da alınmayıb. İnsan haqları pozulur. Təhsilimizi bu bürokratiyadan Siz qurtara bilərsiniz. Ümidlərimizi doğruldun, cənab nazir!"
R.İmanlı onu da vurğulayıb ki, "səlahiyyətləri icra edir" dedikdə, əslində Çinarə Atayevanın özünə məxsus olmayan vəzifədən sui-istifadə edərək korrupsiya ilə məşğul olduğunu nəzərdə tutub.
bakupost