Avqustun 21-də matəm ayı olan Məhərrəm ayı başlayır. Bu ayın 10-cü günü - Aşura günü Məhəmməd peyğəmbərin nəvəsi olan imam Hüseynin xatirəsinə həsr olunmuş kütləvi tədbirlər keçirilir. Amma bu il karantinlə əlaqədar tədbir keçirilməyəcək.
“Ölkədə karantin şəraiti davam etdiyi üçün bu il kütləvi aşura mərasimləri
gözlənilmir”, deyə Qafqaz Müsəlmanları İdarəsinin press-relizində bildirilir.