Yəqin ki, əksəriyyat yaşadığı ərazidəki olan, yaxud olmuş, indi dağıdılmış qala və qalaçaların adın çəkəcək. Məsələn, Astara Şindan, Masallı Ərkivan, Lənkəran Bəlləbur, Cəlilabad Həməşəra... və digər qalaların adını xatırlayacaq. Amma siz cənub-bölgəsindəki 42 qala və qalaçalar haqqında tam məlumatlı olmaq istəyirsinizsə, o vaxt gərək, İldırım Şükürzadə və Zahir Əmənovun bu günlərdə işıq üzü görən “Bu qala, bizim qala (Azərbaycan Respublikasının cənubı-şərq bölgəsininqalaları)” kitabını oxuyasınızı. 112 səhifəlik bu kitab ölkənin ən nüfuzlu nəşriyyatlarından sayılan CBS PP nəşriyyatında olduqca nəfis şəkildə çap olunub. Kitabın ərsəyə gəlməsində zəhməti olan, daha dəqiq desək, dəstəkçi Səməd müəllimə, Arzu xanıma, naşir Cəsarət Qasımova, dizayner Kamran Məcidova, kitaba redaktorlu etmiş və rəy vermiş. Dəyərli alimlərimiz Z. Məmmədov və C. Cəfərova çox minnətdarıq.
Qalalarımız haqqında belə kitabın ərsəyə gəlməsi mənim ideyam olsa da, açıq desək, kitabın çox əziyyətin dəyərli tarixçimiz İldırım Şükürzadə çəkdi. Daha doğrusu, bu vaxta qədər İldırım müəllimin qalalarımızla bağlı çoxlu araşdırması olmuşdu.
Onu da xatırladım ki, İldırım müəllimlə uzun müddətdir ki, əməkdaşlıq edirik və bu əməkdaşlıqdan çox məmnunluq duyuram. İldırım müəllim çox zəhmətkeş, dürüst, peşəsini ürəkdən sevən və bilən insandır. Ömür vəfa qılsa, daha sıx əməkdaşlıq edəcəyik.
Qaldı ki, kitaba, burada qala və qalaçalarımız haqqında olduqca yığcam, hər biri ciddi mənbələrə söykənən məlumatlar yer alıb. Düzdür, bəzi əfsanələrə və rəvayətlərə yer versək də, bunların da həqiqət yükü az deyil.
Kitaba təbrik yazan Arzu xanımın dediyi kimi, biz təkcə demirik ki get tarixini oxu, deyirik ki, al, bu sənin tarixindir, oxu, öyərən, övladlarına da öyrət.
İnanırıq ki, bu kitablar bölgəmizdəki 200-dən artıq tarix müəllimi, digər tarix sevərlər üçün də maraqlı olacaq. Hələ ümid edirik ki, bölgəmizdə çalışan, digər rayonlardan olan icra başçıları, prokurorlar, polis rəisləri, məhkəmə hakimləri və digər vəzifə sahibləri də bu kitabı oxumağa çalışacaq ki, bilsinlər çörəyini yediyi bu yurdun qeyrət simvolu olan qalaları hansılardır.
Sağ olun, qalaları sevin, QALA VÜQARLI olun.
Qeyd : Kitabı əldə etmək istəyənlər müəlliflərlə əlaqə saxlaya bilərlər.
QEYD 2: Kitabda hər məlumat konkret mənbəyə əsaslanır. Xahiş edirik, sizdə kitabdan faydalanan da istinad edin. Bunu isə elə belə demədim.
İldırım Şükürzadə - 050 401 55 26 (Whatsapp)
Zahir Əmənov – 050 322 75 23 (Whatsapp)
070 322 75 23
Zahir Əmənov (Cenub.az)