Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kanadada yaşayan Masallı əsilli şagird növbəti uğura imza atıb


Xarici ölkələrdə yaşayan soydaşlarımızın övladlarının təhsil sahəsində uğurlu nəticələr göstərməsi davam edir.
 Bununla bağlı növbəti xoş xəbər Kanadadan gəlib.

Bu ölkədə yaşayan azərbaycanlı, masallılı ailənin övladı Sibel Cahangirli ABŞ-ın Dyuk Universitetinin (Duke University) xüsusi istedadlı şagirdlər üçün nəzərdə tutulmuş proqramının "Data Science" ("Məlumatlar haqqında Elm") kursunu müvəffəqiyyətlə bitirərək 98%-lik nəticə əldə edib.


Sibel hələ 12 yaşında SAT imtahanı verərək sözügedən proqrama qəbul olunub. Elə həmin il bu proqramın Dyuk Universitetinin düşərgəsində təşkil edilən "Problemlərin Riyazi Həlli", növbəti il isə "Riyazi Modellər və Tətbiqi Statistika" yay kurslarını yüksək göstəricilərlə başa vurub.
Torontodan əvvəl ABŞ-ın Atlanta şəhərində yaşayan Sibel hələ 11 yaşında ikən Yüksək Akademik Nailiyyətlərə görə ABŞ Prezidentinin Təhsil Mükafatı Proqramının sertifikatı ilə təltif edilib.


Hazırda ailəsi ilə birlikdə Toronto şəhərində yaşayan Sibelin 15 yaşı var. Məktəbli soydaşımızı təhsil sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edir və gələcək elmi karyerasında ona daha böyük uğurlar arzulayırıq.

Xatırladaq ki, Sibelin atası Anar Cahangirli Harvard Universitetini bitirib. Anarın valideynləri Masallı rayonunun Bədirli məhəlləsindən olsa da, özü Bakıda boya-başa çatıb.

Hazırladı: Fidan Abbaslı





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10