Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəranın indiki polisləri keçmiş polis zabitini doğrudanmı şərləyirlər?


Yaxınlarının bildirdiyinə görə, onu narkotiklə şərləmək istəyiblər. Hətta narkotik maddəni şöbənin məsul əməkdaşı zorla onun ağzına qoyub videoya çəkməyə çalışıblar


İndicə, 2020-ci il, 07 avqust, axşam saat 10-da redaksiyamıza Lənkəran Polis Şöbəsində ilginc hadisələr baş verməsi barədə məlumat daxil olub. İşgəncəyə məruz qalan şəxsin ən yaxın qohumlarının verdiyi həmin məlumata görə Lənkəran Şəhər Polis Şöbəsinin sabiq əməkdaşı  Nazim  adlı şəxs Lənkəran şəhərində qəfildən yaxalanıb. Yaxınlarının bildirdiyinə görə onu narkotiklə şərləməyə çalışıblar. Hətta narkotik maddəni şöbənin məsul əməkdaşı zorla onun ağzına qoyub,  videoya çəkmək istəyiblər.

Xatırladaq ki, hələ ki  soyadını tam açıqlamadığımız , əslən Masallıdan olan Nazım adlı bu polis işçisi uzun müddət Astarada, Lerikdə,  Lənkəranda məsul vəzifələrdə çalışıb. O özü Lənkəran Polis Şöbəsində  əvvəllər Narkotiklərlə Mübarizə bölməsində baş əməliyyat müvəkkili işləyib. Son iş yeri isə Lerik rayonunda cinayət axtarış şöbəsinin müdiri vəzifəsi olub və oradan pensiyaya gedib.

Mənbənin bildirdiyinə görə keçmiş zabitə şöbədə kəskin işgəncələr verilib. Onu ağır vəziyyətdə Lənkəran şəhər məhkəməsinə aparıblar. O isə məhkəməyə gedərkən yolda qışqıraraq,  ona işgəncə verildiyini bildirib. Məhkəmə onun haqqında 3 aylıq həbs qəti imkanı qərarı çıxarsa da,  Nazimə işgəncə verildiyinə görə şöbənin müstəntiqi haqqında da xüsusi qərar qəbul edib.

Hadisənin keçmiş ədavət üstündə olduğu bildirilir.

Hazırda Ombudsmanın cənub bölgəsi üzrə nümayəndəsi Ziya müəllim polis şöbəsindədir və olayı araşdırır. Məlumata görə, Nazimin həyatı təhlükə qarşısındadır. Xatırladaq ki, Lənkəran şəhər polis şöbəsindən belə xəbərlərin gəlməsi ilk dəfə deyil.

Məlumatı dəqiqləşdirmək üçün DİN-in cənub regionu üzrə Mətbuat Bürosunun nümayəndəsi Məhəmməd müəllimə zəng vursaq da telefonu açmadı.

Hadisə barədə daha geniş material hazırlanır.


Zahir Əmənov (Cenub.az)








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10