Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Polad Həşimov küçəsi ilə bağlı açıqlama: “Bu, səhv məlumatdır...”


“Qəbələdə şəhid general-mayor Polad Həşimovun ikinci ən böyük küçəsinə adının verilməsi bir sıra KİV-lərdə yanlış işıqlandırılıb”.
Cenub.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov deyib.
O, bildirib ki, bir sıra KİV-lər məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub: “Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küşəsinin bir hissəsinə verilib. Səhvə yol verən KİV-lərdən məlumatı düzəltməyi xahiş edirəm”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10